Tanınmış prodüserdən yeni layihə: “Hər kəs üçün kino”

Orxan Mərdan, prodüser, rejissor

Orxan Mərdan, prodüser, rejissor

26 yanvar 2022
# 16:20

“O2 Media” şirkətinin direktoru, tanınmış prodüser və rejissor, Orxan Mərdan yeni layihəyə start verib.

Bu barədə Kulis.az-a Orxan Mərdanın özü məlumat verib.

Prodüserin dediyinə görə, “Hər kəs üçün kino” adlı layihə çərçivəsində, yeni istehsal edilmiş Azərbaycan filmlərinin regionlarda nümayişinə və yaradıcı heyətləri ilə görüşlərə start verilib.

İlkin mərhələdə “Zəhər tuluğu” filmi 5-6 fevralda Mingəçevirdə, 11 fevralda Sabirabadda, 12-13 fevralda Şirvanda, 19-20 fevralda Lənkəranda nümayiş olunacaq.

“Zəhər tuluğu” filmi ilə tamaşaçıları yenidən yerli filmlərə cəlb etməyi bacaran, adıçəkilən filmin prodüseri bu layihənin də uğurlu alınacağına inanır:

“Azərbaycan kinosunun və mədəniyyətinin inkişafı naminə atdığımız addımları davam etdirməkdə israrlıyıq. Bundan bir neçə il öncə Azərbaycan tamaşaçısını yerli filmlərlə kinoteatrlara cəlb etməyi bacardıq. “Xoxan” və “Naxox” filmlərinin uğurunu kinosevərlər unutmayıb. Biz həmin dövrdə Azərbaycan tamaşaçısında yerli filmlərə inamı və marağı bərpa etdik. Elə o dönəmdən regionlarımız üçün də yerli filmlərin əlçatan olması üçün çalışırıq. Bir müddət kinoteatr şəbəkələrinin arasında yaranan anlaşılmazlıq səbəbindən yerli filmlərin bütün kinoteatrlarda nümayişində problem yaranmışdı. Bir şəbəkə, digər şəbəkədə nümayiş etdirilən filmləri öz kinoteatrında nümayiş etdirməkdən imtina etmişdi. Bu da öz növbəsində yerli film istehsalçılarına çox ciddi problem yaradır, maliyyə itkilərinə səbəb olurdu. Bu işlə məşğul olmalı qurumların cəhdləri səmərə vermədikcə kommersiya filmlərinin taleyi sual altında idi. Pandemiyanın tüğyan etməsi, kinoteatrların karantin rejimi səbəbindən bağlanması bizim işimizi daha da çətinləşdirdi.

Ötən il, “Zəhər tuluğu” filminin istehsal mərhələsində, şəxsən mənim təşəbbüsümlə kinoteatrlar arasında razılıq əldə edildi və bu razılıqdan sonra bizim istehsal etdiyimiz “Zəhər tuluğu” filmi və digər yerli kommersiya filmləri ölkənin bütün kinoteatrlarında nümayiş olunur və tamaşaçı toplamaqda davam edir. İndi hədəfimiz daha böyükdür. Mən bütün regionlarımızda “Zəhər tuluğu” filminin nümayişi üçün danışıqlar aparıram və əksər rayon və şəhərlərimizdən təşəbbüsümüzə dəstək almışıq.

Məqsədimiz Azərbaycan kinosunun inkişafı və regionlarda kino mədəniyyətinin formalaşmasıdır”.

# 3319 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər