Şuşa Qlobal Media Forumunda süni intellektin media sahəsinə təsiri müzakirə olundu

Şuşa Qlobal Media Forumunda süni intellektin media sahəsinə təsiri müzakirə olundu
14 iyul 2026
# 11:45

IV Şuşa Qlobal Media Forumu çərçivəsində süni intellekt, vizual təqdimatlar və yeni nəsil təcrübələr mövzusunda panel sessiyası keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, paneldə çıxış edən texnobloqer Fərid Pərdəşünas insanların artıq xəbərləri süni intellekt vasitəsilə əldə etməyə üstünlük verdiklərini bildirib.

"İnsanlar gündəmi izləmək üçün artıq sosial mediadan belə istifadə etmək istəmirlər. Statistikalar göstərir ki, istifadəçilərin təxminən 10 faizi xəbərləri süni intellekt vasitəsilə oxuyur", – o deyib.

Fərid Pərdəşünas qeyd edib ki, süni intellekt nə qədər inkişaf etsə də, insan yaradıcılığı tələb edən peşələr tamamilə aradan qalxmayacaq.

Paneldə çıxış edən texnobloqer Tariyel Ağazadə isə bildirib ki, süni intellekt dövrün ən mühüm texnoloji yeniliklərindən biridir.

Onun sözlərinə görə, süni intellekt vasitəsilə hazırlanan saxta məlumatlar bəzən çox peşəkar görünür.

"Bu, artıq ciddi riskdir. Bunun qarşısını almaq üçün rəqəmsal savadlılığın artırılması vacibdir. Məsələn, hər hansı bankın loqosundan istifadə etməklə insanları asanlıqla aldatmaq mümkündür. Belə halların sayı getdikcə artır", – Tariyel Ağazadə vurğulayıb.

Paneldə çıxış edən politoloq Gela Vasadze isə qeyd edib ki, ictimai rəyin manipulyasiyası yeni hal deyil və bu, yalnız süni intellekt vasitəsilə həyata keçirilmir.

"İnformasiyanı müxtəlif mənbələrdən əldə etmək mümkündür. Əsas məsələ onun mənbəyini sorğulamaqdır. Süni intellekt işimizi xeyli asanlaşdırır, lakin onun yarada biləcəyi riskləri və fəsadları da nəzərə almalıyıq", – Gela Vasadze əlavə edib.

Panel sessiyası sual-cavab hissəsi ilə davam edib.

# 750 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər