“Solğun sevgilər” tamaşasının təqdimatı oldu

"Solğun sevgilər" tamaşası

"Solğun sevgilər" tamaşası

1 mart 2022
# 13:00

Fevralın 28-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində növbəti tamaşa nümayişi baş tutdu.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, teatrsevərlər bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və “OYUN” müstəqil-inklüziv teatrının birgə layihəsi olan “Solğun sevgilər” tamaşasını izlədilər.

Sağlamlıq imkanları məhdud yuxarı yaş qrupundan həvəskarların cəlb olunduğu inklüziv teatrın bu tamaşasında peşəkar aktyorlar da yer alırdılar.

Görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə onun “Solğun çiçəklər” dramı əsasında hələ 2019-cu ildə hazırlanan nümunə pandemiyadan sonra quruluş həlli və aktyor heyətindəki müəyyən dəyişikliklərlə təqdim olundu.

İnsanlara sevginin saflığını hər şeydən uca tutmağı tövsiyə edən tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur.

Tamaşanın əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır. Fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırırlar.

Birhissəli səhnə nümunəsində rolları Məleykə Cəfərova (Sara), Türkay Cəfərli (Bəhram), Ülviyyə Əliyeva (Gülnisə), Zümrüd Qasımova (Vicdan), Səbinə Məmmədova (Pəri), Xəqani Əliyev (Azad), Qəndaf Əkbərli (Dəniz), Rəsul (Rəsul Zəkiyev), Kamilə Xəlilova (Tamam), Babək İsmayılov (Əbdül), Rəsul Məmmədli (Vəkil), Rüxsarə Zeynalova (Bərbər) və Ceyhun Mahmudov (Ceyhun) ifa edirdilər.

Qeyd edək ki, tamaşanın növbəti nümayişi martın 7-də baş tutacaq və bu, 8 mart – Beynəlxalq Qadınlar gününə həsr olunacaq.

# 2610 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər