"Sevdiyin qadının şəklini çək, paylaş!" - Cəlil Cavanşir

Cəlil Cavanşir, şair

Cəlil Cavanşir, şair

24 iyun 2025
# 15:00

Kulis.az Cəlil Cavanşirin yeni yazısını təqdim edir.

Uzun illərdir istifadəçisi olduğum feysbukdan və əslində bütün sosial şəbəkələrdən bezmişəm. İnstinktiv olaraq gündə yüz dəfə kontrol etdiyim sosial şəbəkələrin mənim üçün heç bir faydası olmadığını, əksinə həyatıma bəzən mənfi təsir göstərdiyini hiss edə bilirəm. Təəssüf ki, bu "parıltı"dan, guya lazımlıymış kimi görünən bu mənasızlıqdan əl çəkə bilmirəm. Bəlkə də, təsadüfi adamların həyatına müsbət təsir edən sosial şəbəkələrin, əslində, böyük bir uçurum olduğunu anlayıram.

Nədir bu feysbuk? Niyə var? Biz burada niyə varıq?

Bugünlərdə oxuduğum bir kitabda bu barədə ciddi elmi təsbitlər oxudum və belə ümumiləşdirdim.

Feysbukun bizə ötürdüyü mesaj nədir?

Birincisi, şəxsi həyat başqalarına nümayiş etdirilmək üçün yaşanır və hər fərd öz "dostlar"ına həyatının cilalanmış ən parlaq anlarını göstərməyə can atmalıdır. Yəni, getdiyin yerləri, rəqs elədiyin toyu, əyləndiyin gecə klubunu, yediyin yeməkləri, sevdiyin qadını (kişini), övladını, dostlarını, sənə aid olan hər şeyi çək, paylaş, təq elə!

İkincisi, ən vacib məsələ insanın həyatını həsr etdiyi bu redaktə edilmiş və xüsusi seçilmiş anların dərhal rəğbət qazanmasıdır. Paylaşdıqların layk gətirməlidir. Sən möhtəşəmsən və təqdir olunmalısan! Sənin yediyini, içdiyini, gəzdiyin yerləri, getdiyin filmi hamı təqdir etməlidir. Layk yoxdursa, heş zad.

Üçüncüsü, əgər siz mütəmadi olaraq başqalarının möhtəşəm anlarına, uğurlarına, parıltısına nəzər yetirirsinizsə və onlar da öz növbəsində sizin paylaşımlarınıza diqqət yetirirlərsə, deməli, onlar sizin "dostunuzdur". Ən diqqətli izləyici, ən yaxın dostdur. Ən yaxın dost, paylaşımlara ən çox ürək atandır. Ən səmimi dost, şərhlərdə "uğurlar, əziz dostum", "uğurlar, canım mənim" yazandır. Sosial medianın əsiri olan müasir dünyada dostluq məhz budur.

# 2261 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

18:00 3 iyul 2026
Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

17:56 3 iyul 2026
Deniz Göktaş həbs olundu

Deniz Göktaş həbs olundu

17:37 3 iyul 2026
“Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” - Yeni layihə

“Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” - Yeni layihə

16:10 3 iyul 2026
"İntizar dağ boyda, ümid bir tikə..." - Hədiyyə Şəfaqət

"İntizar dağ boyda, ümid bir tikə..." - Hədiyyə Şəfaqət

15:20 3 iyul 2026
"Aşıq Ələsgərin anım tədbirləri”  layihəsi çərçivəsində növbəti tədbir keçirildi

"Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

12:40 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər