“Şəhərsalma və Memarlıq İli” çərçivəsində materiallar hazırlanır

“Şəhərsalma və Memarlıq İli”  çərçivəsində materiallar hazırlanır
16 mart 2026
# 13:00

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycanın zəngin memarlıq irsini təbliğ etmək məqsədilə 2026-cı il üçün xüsusi təqvim hazırlanıb.

Kulis.az xəbər verir ki, elektron təqvimdə ölkəmizin memarlıq inciləri haqqında geniş məlumat və zəngin fotomateriallar yer alır.

Təqvimin hazırlanmasında əsas məqsəd Azərbaycanın memarlıq irsinin tanıdılması, gənc nəslin milli-mədəni dəyərlərə marağının artırılması, həmçinin ölkəmizin qədim və müasir memarlıq nümunələrinin təbliğidir. Bu təşəbbüs vasitəsilə oxuculara Azərbaycanın memarlıq ənənələrinin tarixi inkişaf yolu və bu sahədə əldə olunan nailiyyətlər haqqında məlumat təqdim olunur. Təqvimdə Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamının tam mətni yer alır. Materialda görkəmli memar Əcəmi Naxçıvaninin yaratdığı möhtəşəm abidələrdən biri olan Möminə Xatun türbəsi haqqında məlumat verilir. Bundan əlavə, təqvimdə ölkəmizin tarixində mühüm yer tutan memarlıq nümunələri — Xudafərin körpüsü, Şirvanşahlar sarayı, Qız qalası, Atəşgah məbədi və Şəki Xan Sarayı kimi tarixi abidələrdən bəhs olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Azərbaycanın müasir memarlıq simasını əks etdirən tikililər — Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Ağ Şəhər layihəsinə də yer verilib. Bununla yanaşı, ölkəmizin tarixi-mədəni irsinin mühüm nümunələrindən sayılan Şuşa qalası və Vətən müharibəsində qazanılan tarixi Qələbənin rəmzinə çevrilmiş Zəfər Abidəsi haqqında da geniş məlumatlar oxuculara təqdim edilir.

Hazırlanan bu təqvim Azərbaycanın zəngin memarlıq irsini və müasir şəhərsalma nailiyyətlərini əks etdirən mühüm material kimi oxucular üçün dəyərli məlumat mənbəyi olmaqla yanaşı, milli-mədəni irsin təbliğinə də töhfədir.

# 1126 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər