“Şəhərsalma və Memarlıq İli” çərçivəsində materiallar hazırlandı

“Şəhərsalma və Memarlıq İli”  çərçivəsində materiallar hazırlandı
17 aprel 2026
# 12:15

Respublika Gənclər Kitabxanası “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tarixi abidələr keçmişdən gələcəyə körpüdür” adlı məlumat bülleteni, virtual və ənənəvi kitab sərgisi hazırlayıb.

Kulis.az xəbər verir ki, virtual kitab sərgisində 30-dan çox kitabın tam mətni təqdim olunub.

Bu nəşrlər Azərbaycan ərazisində yerləşən dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələrini əhatə edir. Xüsusilə Naxçıvan Muxtar Respublikasında yerləşən abidələr, bölgədə aparılan arxeoloji tədqiqatlar, qədim şəhər mədəniyyətinin izləri və memarlıq nümunələri geniş şəkildə işıqlandırılır. Bununla yanaşı, Azərbaycan Respublikasının tarixi və mədəniyyət abidələrinin beynəlxalq hüquqda qorunması məsələləri də diqqət mərkəzində saxlanılır.

Sərgidə yer alan materiallar arasında “Orxon abidələrinin dilində söz yaradıcılığı”, “Gəncə şəhərinin tarixi abidələri”, “Astaranın memarlıq və arxeoloji irsi”, eləcə də milli-mədəni dəyərlərimizi əks etdirən digər mühüm nəşrlər xüsusi yer tutub.

Kitabxanın rəsmi saytında https://www.ryl.az/multimedia/18-aprel-tarixi-abidelerin-muhafizesi-gunu yerləşdirilən virtual sərginin mühüm üstünlüklərindən biri də burada dövrü mətbuat nümunələrinin təqdim olunmasıdır. “Tarixin daş yaddaşı - İçərişəhər”, “Beynəlxalq abidələr və tarixi yerlər günü”, “Tarixi abidələrimizi qorumaq bizim borcumuzdur”, “Azərbaycan milli memarlığının möhtəşəm abidəsi” kimi materialların tam mətnlərinin sərgidə yer alması mövzunun daha geniş və çoxşaxəli şəkildə təqdiminə imkan yaradır.

Məlumat bülletenində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şəhərsalma və Memarlıq İli” ilə bağlı müdrik fikirlərindən sitatlar, “Şəhərsalma və Memarlıq İli” ilə bağlı rəsmi sənədlərin tam mətni, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında həyata keçirilən “Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı” layihəsi və WUF13 haqqında məlumatlar öz əksini tapır. Eyni zamanda professor Gülçöhrə Məmmədovanın “Memarlıq və şəhərsalma tariximizdə Heydər Əliyev dövrü”, Üzeyir Şəfiyevin “Memarlıq və şəhər sosiologiyası”, Züleyxa Əliyevanın “Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma: "yaşıl", "ağıllı" və "rahat" adlı məqalələrin tam mətni yer alıb.

Materialların hazırlanmasının əsas məqsədi Azərbaycanın zəngin tarixi-mədəni irsinin geniş oxucu auditoriyasına çatdırılması, bu irsin qorunmasının vacibliyinin təbliği və gənc nəsillərdə tarixi abidələrə marağın artırılmasıdır.

Məlumat bülleteni kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilib.

# 851 dəfə oxunub

Oxşar xəbərlər

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

17:30 23 iyul 2026
“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

15:00 23 iyul 2026
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

14:55 23 iyul 2026
Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

13:37 23 iyul 2026
Məşhur rejissor saxlanıldı

Məşhur rejissor saxlanıldı

13:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər