“Şah Mat” Teatrı beynəlxalq festivalda iştirak etdi

“Şah Mat” Teatrı beynəlxalq festivalda iştirak etdi
21 iyun 2022
# 15:40

Müstəqil Şah Mat Teatrının yaradıcı kollektivi Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilən ənənəvi Beynəlxalq Teatr Festivalında məhşur rumin dramaturqu Matey Visnekin "Qoca klon tələb olunur" əsərinin motivləri əsasında hazırlanan “Üstdəki dərinliklər” adlı tamaşa ilə Azərbaycanı təmsil edib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, Çatalçeşme Oda Teatrının səhnəsində oynanılan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Şükür Babayevdir.

Tamaşada rolları Anar Bulud, Fərid Vəliyev, Anar İbrahimov, Səid Abbasov, Orxan Abışov ifa edir.

Absurd üslubunda qurulan tamaşada hadisələr üç fərqli obrazın ətrafında baş verir. Üç nəfər daim bir olmaq uğrunda mübarizə aparır. Lakin hansısa qara qüvvələr buna mane olur. Sonda müsbət xarakter kimi qələmə verdiyimiz "Ağ qüvvə" onları düşdükləri bu vəziyyətdən çıxarmağa çalışır.

Məlumat üçün bildirək ki, Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb

# 2524 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər