Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı oldu

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı oldu
10 mart 2023
# 12:30

Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli və ölkənin digər mədəni-ictimai xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak edib.

AKİ sədri Rasim Balayev Rüstəm İbrahimbəyovun sənətini yüksək qiymətləndirib: "Adam var, evdən gedir, adam var, eldən. Rüstəmin ideyaları yaşayacaq. Rüstəmin yaradıcılığı, ssenariləri, kino düşüncəsi bundan sonra gənc kino adamları üçün nümunə olacaq. Bu sənətə gələn adamlar üçün, inkişaf etmək istəyən adamlar üçün məktəb olacaq. Amma həyatdır. Rüstəmin vəfatı mövcud reallıqdır. Mən onu da deyim ki, Rüstəmin vəfatından sonra ittifaqın da işlərində müəyyən çətinliklər var".

AYB sədri Anar mərhum sənətkarın dünya şöhrətindən danışıb: "Rüstəm İbrahimbəyov dünya şöhrətli azərbaycanlı idi. Biz bununla fəxr edirik".

AYB katibi Xalq yazıçısı Çingiz Abdullayev Rüstəm İbrahimbəyovun yaradıcılığını əbədi sənət nümunəsi kimi qiymətləndirib: "Rüstəm 6 dəfə dövlət mükafatı alan yeganə sənətkardır. Təkcə bu, bizim üçün ən böyük fəxr olunası məqamdır. Allah böyük sənətkarımıza rəhmət eləsin. Qəbirüstü abidə də çox möhtəşəmdir. Hesab edirəm ki, Rüstəm özü də bu abidəni bəyənərdi".

Qəbirüstü abidənin müəllifi Aydın Zeynalov abidənin müəllifi olmaqdan məmnunluq duyduğunu vurğulayıb: "Bu işi mənə mərhum Rüstəm İbrahimbəyovun ailəsi həvalə edib. Bundan çox məmnunam. Biz abidənin eskizini də bərabər hazırladıq, bərabər işlədik".

Daha sonra qonaqlar Rüstəm İbrahimbəyov haqqında xatirələrini bölüşüb, həmçinin onun yaradıcılığı barədə fikirlər səsləndirib.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub - FOTO

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub - FOTO

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub - FOTO

# 2224 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər