Georgi Qospodinov növbəti ədəbiyyat mükafatının qalibi oldu

Georgi Qospodinov növbəti ədəbiyyat mükafatının qalibi oldu
11 sentyabr 2026
# 14:41

Georgi Qospodinovun fransız dilinə tərcümə edilib “Qalimard” nəşriyyatında çap edilən “Bağban və ölüm” romanı 2026-c il Jan Mone Avropa Ədəbiyyat Mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, builki 32-ci Jan Mone Avropa Ədəbiyyat Mükafatı Qospodinovu təkcə əsərinə görə deyil, həm də Avropa ədəbiyyatına verdiyi ümumi töhfəyə görə təltif edib.

Əsəri fransızcaya tərcüməsini bolqar ədəbiyyatının fransız dilinə tərcüməsində mühüm rol oynayan Mari Vrinet Nikolov həyata keçirib.

“Bağban və ölüm” Qospodinovun 2023-cü ildə Beynəlxalq Buker Mükafatını qazanan “Zaman sığınacağı”ndan sonra yazdığı romandır. Bu dəfə müəllif atasının xəstəliyinin son dövründən və ölümdən bəhs edir.

Qeyd edək ki, Jan Mone Avropa Ədəbiyyat Mükafatı, Avropa ədəbiyyatı və mədəniyyətləri arasında dialoqu vurğulayan ən vacib ədəbi mükafatlardan biri hesab olunur. Mükafatın builki rəsmi təqdimetmə mərasimi 21 noyabrda Fransanın Koqnak (Konyak) şəhərində Avropa Ədəbiyyat Festivalı çərçivəsində keçiriləcək.

# 636 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər