Rus Evi: "Bu “sənədlər” reallığı əks etdirmir”

Rus Evi:  "Bu “sənədlər” reallığı əks etdirmir”
11 fevral 2025
# 12:52

Bakıdakı “Rus Evi” (Rossotrudniçestvo) loqosundan istifadə etməklə saxta “sənədlər” hazırlanaraq yayılması barədə açıqlama yayıb.

“Rus Evi”: Bu “sənədlər” reallığı əks etdirmir”

Kulis.az-ın məlumatına görə, mərkəzin sosial media ünvanlarında yayılan məlumatda qeyd olunub ki, son günlər internet resurslarında ““Rus Evi”nin qanunsuz olaraq mənimsənilmiş rəmzləri ilə yalan məlumatlar və saxta sənədlər yayılıb”: “ Bu cür sənədlər arasında Bakıda “Rus Evi”ndə rus dili kursu keçdiyi deyilən şəxslərin, o cümlədən Azərbaycanın dövlət məmurlarının adları da qeyd olunur. Bu “sənədlər” reallığı əks etdirmir”.

“Rus Evi” qeyd edib ki, mərkəzin rəsmi resurslarından kənar yayılan hər hansı məlumat saxtadır.

“Sənədlərin saxtalaşdırılması cinayət məsuliyyətinə səbəb olur”.

“Bu saxta məlumatlara məhəl qoymamağınız xahiş olunur”- deyə, məlumatda qeyd olunub.

“Rus Evi”, həmçinin, təşkilatla bağlı saxta sənədlərin yayılmasının və loqolarından istifadənin dərhal dayandırılmasını tələb edib: “Simvollardan qanunsuz istifadə, sənədlərin saxtalaşdırılması və yalan məlumatların yayılması məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb olur”.

“Rus Evi” özünün internet media resurslarını və sosial şəbəkə səhifələrini də da bir daha xatırladıb.

Saxta məlumat nədən ibarət idi?

Xüsusi xidmət orqanlarının sifarişi ilə çalışan, xaricdə yerləşən youtube kanalı vasitəsilə son günlər “Rus evi” adından saxta sənəd hazırlanıb yayılıb. “Məlumat” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə bağlı olub. “Rus Evi” isə son açıqlamasında bu tipli məlumatların yayılması barədə məlumatlı olduğunu qeyd edib və məlumatı təkzib edib.

Almaniya bu kanalların fəaliyyətinə niyə icazə verir?

Belə saxta sənədlər yayan youtube kanallar Almaniyada bağlanıblar. Məlumata görə, hətta Almaniya hüquq-mühafizə orqanları saxta məlumatı tirajlayanlarla bağlı cinayət işi açıb. “Youtube”nin qaydalarına görə də saxta məlumatlar bloklanıb, silinir. Məhz buna görə də youtube bu cür məlumatları silib. Lakin Almaniya hökuməti Azərbaycan xalqına və dövlətinə qarşı informasiya diversiyası aparanları himayə edir. Onları qoruyur və saxta məlumat tirajlamalrı üçün şərait yaradır. APA

# 1816 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər