Rasim Balayev Prezident İlham Əliyevi təbrik etdi

Rasim Balayev Prezident İlham Əliyevi təbrik etdi
24 dekabr 2024
# 14:04

Kulis.az Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunu təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hörmətli Cənab Prezident!

Azərbaycan Respublikasının prezidenti, siyasi və dövlət xadimi, Ali Baş Komandan İlham Əliyev, Sizi doğum günü münasibətilə təbrik edirəm.

Azərbaycan Respublikasına rəhbərliyiniz dövründə ölkəmiz dinamik inkişaf yoluna qədəm qoydu, beynəlxalq reytinqlərdə yüksək yerlərə yüksəldi. Bütün sahələri əhatə edən, dövlətimizin daha da möhkəmləndirilməsi, xalqımızın rifahının təmin edilməsi istiqamətində həyata keçirdiyiniz islahatlar öz müsbət və səmərəli nəticələrini verməkdədir. Bu sahələr sırasında Azərbaycan kinosu da özünəlayiq yeri tutur.

“Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 4 avqust tarixli Sərəncamınız Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir.

İnanıram ki, Azərbaycan kinosuna olan diqqətiniz öz səmərəli nəticəsini verəcək və kinomuz yenidən dirçələrək dünya kinosu sırasında yer alacaq.

Hörmətli Cənab Prezident!

Sizi doğum günü münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və böyük uğurlar arzulayıram!

Dərin hörmətlə,

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri,

Xalq artisti Rasim Balayev

# 2539 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər