Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı
21 sentyabr 2026
# 13:13

Azərbaycanın dünya əhəmiyyətli tarixi-memarlıq abidələrindən biri olan Ramana qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, “Tarixə açılan pəncərə” konsepsiyası əsasında yaradılan muzeydə qəsrin tarixi və memarlıq xüsusiyyətləri müasir muzey yanaşmaları və rəqəmsal texnologiyalarla təqdim olunur. Layihə çərçivəsində abidənin autentikliyinin qorunmasına xüsusi diqqət yetirilib.

Muzeyin ekspozisiyası Ramana Qəsrinin tarixi, Abşeronun orta əsr müdafiə sistemi, hərb sənəti, gündəlik həyat və mədəniyyəti haqqında təsəvvür yaratmaq prinsipi əsasında qurulub. Ekspozisiyanın mühüm hissəsini 2024–2026-cı illərdə qəsrin ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri təşkil edir.

“Seyri-Tarix”, “Seyri-Silah”, “Seyri-Tərz” və “Seyri-Həyat” bölmələrində orta əsr müdafiə sistemi, silahlar, məişət və sənətkarlıq nümunələri, eləcə də feodal-cəngavərin həyat yolu təqdim olunur. Qəsrin müxtəlif dövrlərdəki görünüşünü əks etdirən rekonstruksiya maketləri, tarixi fotoşəkillər və arxiv materialları da ekspozisiyada yer alır.

Ekspozisiyada interaktiv ekranlar, elektron məlumat panelləri, immersiv instalyasiya, animasiya, videoproyeksiya və videomapinq kimi müasir texnologiyalardan istifadə olunub. Məlumatlar Azərbaycan və ingilis dillərində təqdim edilir.

Həmçinin qəsrin dam terrası panoramik müşahidə meydançası kimi ziyarətçilərin istifadəsinə verilib. Burada “Alov” heykəltəraşlıq kompozisiyası yerləşdirilib. Muzeyin ətraf ərazisində giriş meydançası və piyada marşrutları yenilənib, açıq hava ekspozisiyası yaradılıb.

Muzeyin daxili və xarici işıqlandırma sistemi İtaliyanın “Linea Light Group” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Ramana Qəsri Muzeyi ziyarətçilərə Azərbaycanın qədim tarixini müasir muzey texnologiyaları ilə vəhdətdə tanımaq imkanı yaradır.

# 66 dəfə oxunub

Oxşar xəbərlər

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

13:00 21 sentyabr 2026
Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

12:30 21 sentyabr 2026
Alim Qasımov:  "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

Alim Qasımov: "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

12:18 21 sentyabr 2026
Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

11:40 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər