"Qremmi" laureatı Bakıda

"Qremmi" laureatı Bakıda
13 aprel 2023
# 18:00

Mayın 26-da Heydər Əliyev Mərkəzinin səhnəsində “Qremmi” mükafatı laureatı, pianoçu Mixail Pletnyov çıxış edəcək.

Kulis.az APA-ya istinadən xəbər verir ki, iki hissədən ibarət konsertdə, həmçinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylı adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında olacaq. Gecədə bu il dünyada 150 illik yubileyi qeyd olunan Sergey Raxmaninovun əsərləri səslənəcək.

Dünyaca məşhur pianoçu, bəstəkar və dirijor Mixail Pletnyov dövrünün nüfuzlu musiqiçilərindən biridir. O, 16 yaşındaykən Parisdə gənclərin beynəlxalq fortepiano müsabiqəsinin laureatı olsa da, geniş musiqi auditoriyasına 1978-ci ildən – Çaykovski adına beynəlxalq müsabiqənin qalibi olduqdan sonra tanınmağa başlayıb. Musiqiçi Avropanın və Amerikanın məşhur orkestrləri ilə müxtəlif ölkələrdə solo konsertlərlə çıxış edib. Mixail Pletnyov həm də Pyotr Çaykovskinin əsərlərinin dünyada ən yaxşı interpretasiyalarını təqdim edən musiqiçilərdəndir.

1980-ci ildə isə Pletnyovun dirijor kimi debütu olub. 1990-cı ildə pianoçu Rusiya tarixində ilk müstəqil orkestri – Rusiya Milli Orkestrini yaradıb və həmin orkestr Pletnyovun rəhbərliyi ilə dünyanın nüfuzlu musiqi kollektivləri siyahısında yer alıb.

# 1705 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər