Qısa geyimli qızlara baxanlar və qalstuklu mollalar - Yalçın İslamzadə

Qısa geyimli qızlara baxanlar və qalstuklu mollalar - Yalçın İslamzadə
21 iyul 2025
# 16:59

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdime dir.

Bir neçə il əvvəl soyuq və küləkli fevral günlərinin birində İçərişəhər metrosunun qarşısında atüstü yemək büfesinin qarşısında dayanmışdım. Satıcı yeməyi hazırlayırdı, 2-3 metr uzaqda bir uşaq hipnoz olmuş kimi vitrinə baxırdı. Əyni nazik idi, yəqin ki, çox üşüyürdü ancaq aclıq hökm etdiyi üçün soyuğu hiss etmirdi. Yeməklərə fokuslanmışdı. Satıcı hazır yeməyi uzadanda mən də yeməyi həmin uşağa uzatdım, sakitcə götürdü və uzaqlaşdı.

Yenidən sifariş vermək üçün növbəyə keçdim, məndən əvvəl iki gənc, yanlarında yaşlı bir adam vardı. Yaşlı adam gənc xanımlara deyirdi, "Siz gələcəyin analarısınız, bu soyuqda belə geyinmək olmaz. Həm də qısa geyinmək düzgün deyil" vs.

Əvvəl düşündüm ki, yəqin ataları və ya babalarıdır. Elədirsə, bu söhbəti küçədə niyə etsin? Soruşdum, dedilər, tanımırıq. Yaşlı adamı kənara çəkdim, dedim ki, iki metr aralıda aclıqdan hipnoz olmuş uşağı görmürsən, ancaq sənə dəxli olmayan məsələyə burnunu soxursan, qısa geyim görən kimi sensorların həyəcan siqnalı verib.

Kişi tələsik ordan uzaqlaşdı və bu hadisə simvolik hadisə kimi yadımda qalıb.

Gözlərinin qarşısında baş verən, onlara da aidiyyəti olan hadisələri görməzdən gəlirlər, onlara aidiyyatı olmayan, fərdi seçim məsələsi sayılan mövzulara burun soxmağa səlahiyyətli hiss edirlər.
İndi kütlələşmə dövrüdür. Kütlənin məntiqi mühakiməsi bəsitdir,

1. əxlaq = geyim tərzi
2. müasirlik = açıq geyim

deməli,

müasirlik = əxlaqsızlıq

Artıq kiminsə yazıları və əsərləri ilə hansısa qonorar almağı qeyri-mümkündür. Mətbuatın belə vərdişi yoxdur, mətbuata ayrılan vəsait tədbirlərə xərclənməlidir. Ona görə də məşhur olmaq və gəlir əldə etmək istəyən hiyləgərlər kütlənin qərəzlərinə xitab edirlər. Kütlə öz dəyərlərinə ziyalılardan daha sadiqdir.

Əsas tezis belədir: "Müasirlik gəldi, əxlaq əldən getdi".

Sanki bundan daha vacib məsələ yoxmuş kimi bu tezis qalstuklu yeni mollalar və klassik mollalar tərəfindən də mütəmadi gündəmdə saxlanılır. Bir qrup ideoloji məqsədlər üçün bu təbliğatı aparır, digər qrup vicdansız olduqları, savadsızlıqdan qazanç əldə etdikləri üçün. O da mümkündür ki, qalstuklu mollalar qalstuksuz mollaların görünüşcə daha məqbul variantları olduğu üçün əməkdaşlıq edirlər.

# 1919 dəfə oxunub

Oxşar xəbərlər

Ən qədim ingilis şeirinin əlyazması tapıldı

Ən qədim ingilis şeirinin əlyazması tapıldı

13:00 16 may 2026
İncəsənət və mədəniyyət bioloji qocalmanı gecikdirir? - Araşdırma

İncəsənət və mədəniyyət bioloji qocalmanı gecikdirir? - Araşdırma

12:00 16 may 2026
Xalq yazıçısı Elçinin xatirəsinə həsr edilmiş tamaşa  nümayiş olundu

Xalq yazıçısı Elçinin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olundu

11:55 16 may 2026
Pompeydə maraqlı kəşf: Ölüm anında da peşəsini tərk etməyən həkim

Pompeydə maraqlı kəşf: Ölüm anında da peşəsini tərk etməyən həkim

11:50 16 may 2026
"Mühasirənin səsi" adlandırılan Olqa Berqqolts kim idi?

"Mühasirənin səsi" adlandırılan Olqa Berqqolts kim idi?

11:20 16 may 2026
Beynəlxalq Muğam Mərkəzində dostluq konserti keçirildi

Beynəlxalq Muğam Mərkəzində dostluq konserti keçirildi

11:00 16 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər