Qəbələdə XV Beynəlxalq Musiqi festivalının növbəti konsert proqramı keçirildi

Qəbələdə XV Beynəlxalq Musiqi festivalının növbəti konsert proqramı keçirildi
30 iyul 2026
# 18:53

Bu gün Qəbələdə XV Beynəlxalq Musiqi festivalının növbəti konsert proqramı keçirilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, festivalın ikinci günü Vyetnamdan gələn “Bronze drum” ansamblı “Vyetnamın milli vokal janrlarına introduksiya” proqramı çərçivəsində çıxış edib.

Konsertdə T.Giang “Məhsul yığımı mövsümünün hekayəsi”, H.Xuan “Bahar gəlir”, X.Khai “Vətənin melodiyası”, X.Khai “Vətənin duyğuları”, H.Xuan “Mərkəzi Yaylalar Günəşi qarşılayır”, “Then” oxuması, D.Nho “The Pieu scarf”, Vyetnam xalq musiqisi “Inh La Oi” (işləməsi Hoang Tran Luu), N.D. Thi “Hanoian”, E. Capua “O Sole Mio” (Sözləri Giovanni Capurro), "Xam Ha Thanh" və "Co Doi Thuong Ngan" mahnılarını ifa ediblər.
Qeyd edək ki, bu il Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı öz 15 illik yubileyini qeyd edir və illər ərzində formalaşmış yüksək sənət ənənələrinin, dostluğun, qarşılıqlı hörmətin və mədəniyyətlərarası dialoqun parlaq təcəssümü kimi qiymətləndirilir.

Xatırladaq ki, festival avqustun 3-nə kimi davam edəcək.

# 832 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər