Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar

Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
17 oktyabr 2022
# 21:00

Kulis.az aktrisa, Əməkdar artist Xanım Qafarova haqqında maraqlı faktları təqdim edir.

Xanım Qafarova Musiqili Komediya Teatrının parlaq, yadda qalan və həyat enerjisi ilə dolu aktrisası idi. Komediyalardakı aparıcı rollardan başqa vokal səsli aktrisa mahnı ifaçılığı ilə də tamaşaçılara öz pozitiv enerjisini ötürürdü.

İnsan kimi bir çox cəhətləri, xüsusən sadəliyi onu həmkarlarından fərqləndirirdi. Bu, onun özü haqqında dediyi 5 cümlədə daha aydın görünür: “1967-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşam. Əslim Kürdəxanı kəndindəndir. Ailədə 1 bacı, 1 qardaşıq. Qardaşım rəhmətə gedib. Ailəliyəm. 1 qızım var.”

Xanım Qafarova Musiqili Komediya Teatrının əsas simaları olan Hacıbaba Bağırov, Afaq Bəşirqızı nəslindən sonra onların yetirməsi kimi teatrın ulduzu sayılırdı. Teatr səhnəsindəki rolları ilə bərabər “Kənddən gələn var”, “Adam ol”, “Yuxu”, “Qaynana” kimi film və teletamaşalarda yaratdığı obrazlar da yaddaqalandır.

Komik planlı aktrisa olmasına baxmayaraq faciəvi taleyinə görə beş ildir ki, tamaşaçılar tərəfindən ağrı və kədərlə xatırlanır.

Gallery

Səhnədə ekranda bir-birindən parlaq obrazlarda görünən aktrisanın miskin bir daxmada yaşaması da tamaşaçıları onun ağır xəstəliklə mübarizəsini izləməkdən az məyus etməmişdi.

47 illik ömrünün böyük bir hissəsini səhnədə parlaq obrazlara sərf edən aktrisa divarları daşdan belə olmayan dəmir qarajda yaşayırdı. Maddi vəziyyətini düzəltmək üçün toylara gedən aktrisanın bu qədər yoxsulluqda yaşadığını güman etmirdilər.

Ailə həyatının uğursuzluğu da bu taleyə daha tünd rəng qatırdı. Həyat yoldaşının ikinci xanımı olan aktrisanın bu evlilikdən Gövhər adında qızı var. Lakin müəyyən səbəblər üzündən cütlük bir yerdə yaşaya bilmədi və Xanım Qafarova dəstəyə ehtiyacı olduğu vaxtda kiçik daxmada qızı və anası ilə yaşadı. Aktrisanın həyat yoldaşı yalnız onun yeddi mərasimində göründü.

***

Xərçəngdən əziyyət çəkən Xanım Qafarovanın son günləri tamaşaçıları sarsıtdı: məşhur sənət adamı olması, mübarizliyi, pozitivliyi, möhkəmliyi həyatın amansızlığına qalib gələ bilmədi. Sənətçi yoxsul daxmasında yaşayıb ağrılar içində, 6 yaşlı tək qızından nigaran halda dünyanı tərk etdi. “Qızımın 6 yaşı var, ölmək istəmirəm...” Bu aktrisanın mətbuatda yayılan son sözləri idi.

Aktrisanın ölümündən sonra mətbuata müsahibə verən həyat yoldaşı maddi vəziyyətinin pis olduğunu, qızına lazımi imkan yarada bilməyəcəyini söylədi. Lakin mətbuat Xanım Qafarovanın qızını və anasını diqqətdə saxladı. İş adamlarından biri Qafarovanın qızı Gövhərə ev hədiyyə etdi.

***

Gövhər anasının sənətinə diqqətsiz qalmayıb. Türkiyənin kino ulduzu Mahsun Qırmızıgülün rejissoru olduğu "Mücize 2" filminin çəkilişlərinə qatılan 11 yaşlı qız anasının sənətini sevsə də, vəkil olmaq arzusundadır.

# 22989 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

13:46 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər