Qarabağda küçələrdən birinə bu erməninin adı verilsin - Fazil Mustafadan təklif

Qarabağda küçələrdən birinə bu erməninin adı verilsin - Fazil Mustafadan təklif
5 oktyabr 2023
# 12:54

Millət vəkili Fazil Mustafa sosial şəbəkədə maraqlı təklifi ilə diqqət çəkib.

Kulis.az sözügedən təklifi təqdim edir.

"21 sentyabr gününü yəqin xatırlayırsınız. Azərbaycan prezidenti, qələbəmizin memarı cənab İlham Əliyev uzaqgörən bir siyasətçi olduğunu bir daha ortaya qoydu. Çıxışında xüsusi olaraq vurğuladı ki, biz heç vaxt erməni xalqını ittiham etmədik, biz bu xalqı fəlakətə sürükləyən və bizim xalqa qarşı vəhşiliklıər törətmiş erməni terrorçularını, separatçılarını, onları himayə edən xarici qüvvələri ittiham etmişik. Bu gün də gördüyümüz kimi, terrorçuları, separatçıları həbs edirik, cəzalandırmağa hazırlaşırıq, ancaq Qarabağda yaşamış erməni xalqına yaşamaq üçün hər cür hüquqi təminat verdiyimizi bildiririk.

Bizə qarşı Avropanın, ABŞ-nin və başqa erməni himayədarlarının pis niyyətli istifadəsi üçün heç bir hüquqi əsas verməmişik. Əlbəttə, hansısa siyasi xarakterli müzakirələri və ya qərarları əleyhimizə yönəltməyə çalışırlar, ancaq bunun hüquqi zəmini olmadığına görə ortaya ciddi bir arqument qoya bilmirlər. Pərişan durumda olan ermənilərə keçici təsəllidən başqa bir işə yaramayacaq belə addımların ciddi təsir gücü də olmayacaq. Demək ki, bu ağıllı siyasəti davam etdirməliyik.

Madam ki, separatçılarla, terrorçularla mübaricə aparırıq, onları cəzalandırırq, o halda sülhsevər, işğala qarşı çıxan, separatizmi lənətləyən bir və ya bir neçə erməni obrazını rəsmi səviyyədə diqqət mərkəzinə çəkmək diplomatiyamız üçün faydalı material olardı. Xatırlayırsınızsa, Ermənistanda bir ictimai xadim vardı: Georgi Vanyan (1963-2021). Onu xeyli əziyyətlər verərək COVİD-19 pandemiyası dövründə Tiflisdə müalicə aldığı xəstəxanada müəmmalı şəkildə öldürdülər. Hökumət və cəmiyyət səviyyəsində çox əziyyətlər verdilər. Səbəb bu idi ki, adam Ermənistanı işğalçı dövlət, Qarabağdakı addımları da separatçılıq kimi qiymətləndirir və oradakı terrorçu xuntaya qarşı açıq bəyanatlar verirdi.

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, iki xalq arasında müharibənin öz millətindən olan səbəbkarlarını ittiham edirdi. Əslində ermənilərin içində bəlkə də ən uzaqgörən adam sayıla bilərdi. Erməni mühitində bu cür cəsur fikirləri açıq şəkildə duyurmaq böyük bir cəsarət tələb edən bir xarakterdən xəbər verir. İndi biz Georgi Vanyan adını ermənilərin içində sülh tərəfdarı bir obraz kimi təbliğ etsək, qalib dövlət və millət kimi beynəlxalq arenada yaxşı bir imic əldə etməklə yanaşı, digər ermənilərin də barışcıl məcraya yönəlməsinə az da olsa təsir göstərə bilərik.

Yəni "erməninin terrorçusunu lənətləyir, sülhsevərini alqışlayırıq" formasında bir imic yaratmaqdan söhbət gedir. Fikrimcə, azad olunmuş ərazilərdə ermənilərin yaşamağa davam edəcəyi hansısa küçəyə Georgi Vanyanın adını da vermək mümkündür. Təbii ki, ağıllı həmvətənlərimiz nə demək istədiyimizi anlayacaqlar.

Şəbəkə vətənşüvənlərinin isə bu mövzuda da axmaqlığa davam etmə haqqı əzəldən bəri mövcuddur. Baxın, bir Taras Şevçenko adı olsun, bir Puşkin adı olsun - bir neçə başqa millətlərin dəyərlərini ehtiva edən adların qabardılması bizdən elə də bir şey aparmaz, lakin siyasət olaraq faydamıza istifadə edilə biləcək məqamlar ortaya qoyar".

# 3702 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər