Qarabağ abidələri İslam Dünyası İrs siyahılarına daxil edildi

Qarabağ abidələri İslam Dünyası İrs siyahılarına daxil edildi
11 fevral 2026
# 10:30

Özbəkistanın Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası işə başlayıb.

Kulis.az xəbər verir ki, sessiya çərçivəsində İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunan nominasiyalar müzakirə edilib.

Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və “Şuşa Şəhər Dövlət Qoruğu” nominasiya fayllarının ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Bununla da ilk dəfə olaraq Ağdam abidələri beynəlxalq mədəni irs siyahılarına daxil edilib. Azərbaycanlılar üçün müqəddəs sayılan XVIII əsrə aid bu tarix-memarlıq Kompleksində Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın İmarəti ilə yanaşı onun və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın, Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslərin məzarları da yerləşir.

Azərbaycan Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Sərəncamı ilə Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması Qarabağ bölgəsində mədəni irsin dirçəldilməsinə və tarixi-mədəni dəyərlərin bərpasına dövlət səviyyəsində verilən xüsusi diqqətin bariz nümunəsidir.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Ağdam İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib. Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulan tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.

Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır.

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın ICESCO-nun Siyahısına daxil edilməsi bu qoruq-şəhərin dirçəlməkdə olan tarixi-mədəni irsinə verilən dəyərin əyani təcəssümüdür.

Qeyd edək ki, sessiya festival 13-dək davam edəcək.

# 1252 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər