Puç olmuş arzuların cinayətkar şahzadəsi

Puç olmuş arzuların cinayətkar şahzadəsi
11 dekabr 2023
# 17:10

Bu gün görkəmli frnasız aktyor Jan Marenin doğum günüdür.

Kulis.az Şahbazə Vəliyevanın onun haqqında yazısını təqdim edir.

Jan Mare gənc yaşlarından zahiri görünüşü, atletik bədən quruluşu ilə qadınları cəlb etməyi bacarsa da, uzun müddət sənət xadimlərinin, rejissorların diqqətindən kənarda qalmışdı. Üç dəfə Paris Konservatoriyasının dram sinfinə imtahan vermiş, lakin tələbə olmaq şansı qazana bilməmişdi. Amma o, inadından dönmədi və dünyanın ən məşhur aktyorlarından biri oldu.

Jan Villen Mare 1913-cü il dekabrın 11-də Fransanın Şerbur şəhərində anadan olub. Aktyor yaradıcılığına başladığı ilk illərdə uğursuzluq onu hər addımda izləyir. Teatrda uğur qazana bilməyən Mare özünü kinoda sınamaq qərarına gəlir. Rejissor Marsel Lerbye onun aktyorluq istedadına inanmasa da, “Xoşbəxtlik”, “Alovlu gecələr”, “Təzə adamlar” filmlərində epizodik rollara çəkir. Jan Marenin uğurlarının başlanğıcı isə 1934-cü ildə dostlarının tamaşada rol oynamaq təklifi ilə bağlıdır. Bu təklifə əvvəlcə razılıq verməsə də, pyes müəllifinin gənclərin kumiri Jan Kokto olduğunu biləndə fikrini dəyişir. Beləcə dramaturq Jan Kokto ilə aktyorun dostluğu başlayır. 1936-cı ildə Parisdə keçirilən beynəlxalq festivala hazırlanan Jan Koktonun “Cəhənnəm maşını” pyesində baş rolu Jan Mareyə etibar edirlər. Uğurlu keçən tamaşadan sonra aktyor bir-birinin ardınca tamaşalara dəvət alır. Bundan sonra aktyora Fransanın ən yaxşı teatrı sayılan “Komedi-Fransez”də və bir neçə filmdə rol təklifi gəlir. Şair, dramaturq və rejissor Jan Koktonun təsirilə istedadını cilalayan Jan Mare ən yaxşı rollarını da, onun “Şah Edip”, “Dəyirmi stolun cəngavərləri” və “Dözülməz valideynlər” pyesində ifa edir.
Jan Marenin kinoda ilk işi rejissor J.Baronsellinin 1941-ci ildə çəkdiyi “Yandırılmış ev” filmi olur. Aktyora daha çox şöhrət gətirən isə “Əbədi qayıdış” (1943) filmində Patris, “Karmen”də (1943) Xose, “Qraf Monte-Kristo”da (1953) Edmon Dantes, italyan rejissor Lukino Viskontinin “Bəyaz gecələr” (1957) filmləri və Fantomas haqqındakı seriallarda ifa etdiyi obrazlar olur. Aktyor J.Koktonun rejissorluğu ilə “Gözəlçə və əjdaha”(1946), “İkibaşlı qartal”(1947), “Orfey”(1949) və “Orfeyin vəsiyyəti” (1960) filmlərində də yaddaqalan obrazlar yaradır. Azərbaycan tamaşaçısı onu “Parisin sirləri” və “Dəmir maska” filmlərindən də yaxşı tanıyır.

Kinoda böyük uğur qazanmasına rəğmən, aktyor özü teatra üstünlük verir və film çəkilişləri ilə yanaşı teatr səhnəsinə də çıxır. Hətta 1974-cü ildə Fransa Aktyorlar İttifaqına da rəhbərlik edir.

Jan Mare bəzən kommersiya uğuru qazanan rejissorlarla daha yaxşı dil tapır və macəra filmlərinin qəhrəmanı olur. Bu qəbildən olan “Puç olmuş arzular”da cinayətkar şahzadə, “Taleyin əmri”ndə əyyaş obrazlarında aktyor romantizmin ənənələrinə tabe olur. Jan Mare təkcə aktyor kimi deyil, rəssam, heykəltəraş kimi də böyük istedad sahibi olub. On yaşından rəsm çəkməyə başlayan dahi utandığından tablolarını heç kimə göstərmir. Bir gün təsadüfən Kokto onun rəsmini görür və Maredən peyzaj janrında olan tablonu ona bağışlamağı xahiş edir. Dahi rəssam Pikasso isə Koktonun evində həmin rəsmi görüb heyrətini gizlətmir: “Əgər mən bu mənzərəni rəsm salonunda görsəydim, mütləq onu alardım”. Jan Marenin yazıçı Marsel Emenin yubileyi münasibətilə hazırladığı heykəl indi də Monmartr meydanında ucalır.

Aktyor, rəssam və heykəltəraş Jan Mare 1998-ci ildə 85 yaşında dünyasını dəyişib.

# 1092 dəfə oxunub

Oxşar xəbərlər

Hitler Stalini niyə təbrik etmişdi? - Əbədi dostluğa çevrilən gizli razılaşma

Hitler Stalini niyə təbrik etmişdi? - Əbədi dostluğa çevrilən gizli razılaşma

15:42 2 may 2025
Aleksandr Düma Oğuzda olubmu? - Qafqaza səfərin pərdəarxası

Aleksandr Düma Oğuzda olubmu? - Qafqaza səfərin pərdəarxası

15:30 2 may 2025
Fəxrəddin Manafov ARKA-nın Müşahidə Şurasına üzv təyin edildi

Fəxrəddin Manafov ARKA-nın Müşahidə Şurasına üzv təyin edildi

15:01 2 may 2025
Cəmil Quliyev Kino Agentliyinin Müşahidə Şurasına sədr təyin olundu

Cəmil Quliyev Kino Agentliyinin Müşahidə Şurasına sədr təyin olundu

14:52 2 may 2025
Hərdən atalar belə şeylər edirlər - Ayxan Ayvaz

Hərdən atalar belə şeylər edirlər - Ayxan Ayvaz

13:50 2 may 2025
Günel Eminlinin "Kimya gündəliyi"  kitabı çap edildi

Günel Eminlinin "Kimya gündəliyi" kitabı çap edildi

13:25 2 may 2025
#
#
# # #