Ozzi Osbornun ölüm səbəbi açıqlandı

Ozzi Osbornun ölüm səbəbi açıqlandı
6 avqust 2025
# 10:54

Tanınmış müğənni Ozzi Osbornun ölüm səbəbi bəlli olub.

Kulis.az xəbər verir ki, heavy metal ikonu və özünü “Qaranlıqlar Şahzadəsi” adlandıran Ozzy Osborn "New York Times" tərəfindən araşdırılan ölüm sənədinə əsasən, ürək tutmasından vəfat edib. Rəsmi ölüm sənədində onun xarici ürək dayanması, kəskin infarkt, koronar arter xəstəliyi və parkinson xəstəliyinin səbəb olduğu avtonom disfunksiya nəticəsində dünyasını dəyişdiyi qeyd olunub.

Sənətçinin cənazə mərasimi 30 iyulda Birminqem şəhərində keçirilib və minlərlə pərəstişkarı ona vida edib.

Qeyd edək ki, “Black Sabbath” 1969-cu ildə qurulmuş, ilk albomu isə metal janrının başlanğıcı kimi qəbul olunur. İkinci albomları “Paranoid”də yer alan “War Pigs”, “Iron Man” və “Fairies Wear Boots” mahnıları ilə qrup əfsanəyə çevrilib.

# 1620 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər