Oxutmuram, əl çəkin!

Oxutmuram, əl çəkin!
9 mart 2023
# 15:59

Kulis.az Nargisin “Oxutmuram, əl çəkin!” adlı yazısını təddim edir.

Son günlər müəllimlərlə bağlı qalmaqallar gündəmi zəbt edir. Səngimək bilməyən bütün bu proseslərdə hər dəfə müəllimlərin tərəfini tutmağa çalışdım. Bəlkə də, bu, illərdir beynimizə yeridilən "böyükdür edər", "böyüyün üzünə ağ olmaq olmaz" fikirlərindən irəli gəlirdi. Ancaq bu gün eşitdiyim məsələ mənim bütün tolerantığımı qıcıqlandırdı. Necə yəni müəllim şagirdin saçını qırxıb?

Gözümün önünə öz övladım gəldi. Bu uşağa qarşı zor tətbiqi, amansızlıq deyilmi? Tutaq ki uşaq nadincdir, ailəsi də uşağa söz keçirdə bilmir, ya da uşaq çağdaş təfəkkürdədir, ailə tərzi müəllimin qəbul etdiyi qayda-qanunlarla üst-üstə düşmür. Bu o deməkdir ki, kimsə onu güc tətbiq edərək öz arzusuna uyğunlaşdırmalıdır.

Pedaqoqikanın harasında belə bir üsul var? Yoxsa bu qaydaları məktəbin pedaqoji şurasının icazəsi ilə həyata keçirirlər?

Şagirdin şəxsiyyəti niyə alçaldılır? Axı müəllimin vəzifəsi təkcə bilik vermək deyil, həm də püxtələşmiş şəxsiyyətin yetişməyinə kömək etməkdir.

Bu məsələni öyrənəndə taksidə idim, bəlkə, sərt reaksiya verirəm deyə düşünüb hadisəni yüksək səslə təkrarladım. Sürücü qeyri-iradi sükanı buraxdı. Hətta gözləri iriləşdi, "bu düzgün deyil, müəllim bunu edə bilməz, etməməlidir" - dedi.

Biz uşağı məktəbə dərs üçün göndəririk, psixologiyası pozulsun deyə yox.

Hörmətli müəllimlər, deyəsən siz "uşaq əzizdir, tərbiyəsi ondan əzizdir" konsepsiyasını yanlış anlamısınız .

Hərzə-hərzə danışan, uşağı söyən, döyən, saçını qırxan, alçaldan müəllimlərimiz bu gün şərəflə bu adı daşıyanların nüfuzuna ciddi şəkildə xələl gətirir.

Artıq illərdir inandığımız humanist, təlim-tərbiyəni yüksək şəkildə icra edən, mədəni, bilikli müəllim imici zədələnib. Bu zədə getdikcə böyüyür. Qara dəliyə dönüb şagirdlərin gözlərindəki ümid işıqlarını yox edir, udur.

"Müəllim şagirdin saçını qırxdı"- doğrudan da, acınacaqlı başlıqdı, buna haqq qazandırmağa çalışanlar olacaq, bəli, bəli, elələri də tapılacaq, ancaq bu addıma haqq qazandırmaq olmaz, bu cür davranışı malalayaraq heç nəyə layiq ola bilmərik. Bu cür vulqar, zorakı, qeyri-etik, daş dövründən qalma üsullarla tərbiyə prosesini icra etmək olmaz. Bunun özü elə tərbiyəsizlikdir.

İl 2023 və Sumqayıtda bir müəllim uşağın saçını qırxır. Səbəb nədir? Şagird məktəbə səliqəsiz gəlib...

Onsuz da təhsilimiz gülməli vəziyyətdədir. Buna birdə bu tərz qalmaqallar, despot davranışlar əlavə olduqda, kifayət qədər tragikomik vəziyyət ortaya çıxır. Düşünürəm ki, son zaman baş verən hadisələr onu göstərir ki, müəllimlərin təkcə biliyini deyil, psixologiyasını ciddi şəkildə sorğulamalıyıq.

# 5229 dəfə oxunub

Oxşar xəbərlər

"30-40 manata məclislərə kloun gedirdim" - Rəsulzadənin obrazını canlandıran aktyorla müsahibə

"30-40 manata məclislərə kloun gedirdim" - Rəsulzadənin obrazını canlandıran aktyorla müsahibə

17:39 7 aprel 2026
Xalid Səid Xocayevə həsr olunmuş kitab təqdim edildi

Xalid Səid Xocayevə həsr olunmuş kitab təqdim edildi

17:23 7 aprel 2026
Məşhur reper güllələndi

Məşhur reper güllələndi

16:51 7 aprel 2026
“Molla Nəsrəddin”  jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açıldı

“Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açıldı

16:30 7 aprel 2026
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti

15:50 7 aprel 2026
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi

İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi

14:36 7 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər