“Osman Sarıvəlli - 120” adlı biblioqrafik vəsait nəşr olundu

“Osman Sarıvəlli - 120”  adlı biblioqrafik vəsait nəşr olundu
16 dekabr 2025
# 13:32

Bu il XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Osman Sarıvəllinin anadan olmasının 120 illiyi tamam olur.

Kulis.az xəbər verir ki, bu münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası şairin həyat və yaradıcılığına həsr edilən biblioqrafik vəsait nəşr etdirib.

Respublika Gənclər Kitabxanasının nəşr etdiyi “Osman Sarıvəlli - 120” adlı biblioqrafik vəsait şair haqqında tərtib olunan ilk biblioqrafiyadır.

Şairin 120 illik yubileyi ərəfəsində tərtib olunan biblioqrafik göstəricidə rəsmi sənədlər, akademik Nizami Cəfərovun “Biblioqrafiya haqqında ön söz”, “Osman Sarıvəllinin həyat və yaradıcılığı”, Xalq şairi Zəlimxan Yaqubun “Xatirələr işığında - Osman Sarıvəlli”, ədəbiyyatşünas Vaqif Yusiflinin “Osman Sarıvəlli – 120” adlı məqalələri, “Osman Sarıvəllinin həyat və yaradıcılığının əsas tarixləri”, “Osman Sarıvəlli görkəmli şəxsiyyətlər haqqında”, “Görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri Osman Sarıvəlli haqqında”, həmçinin müəllifin öz əsərləri, kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, məqalə və çıxışları, tərcümələri, şairin həyat və yaradıcılığını, ədəbi fəaliyyətini əks etdirən 1928-2025-ci illəri əhatə edən materiallar öz əksini tapıb.

Vəsait tərtib edilərkən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, Milli Kitabxananın, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, BDU-nun, ADPU-nun kitabxanalarının fondlarından, ənənəvi və elektron kataloqlarından, internet resurslarından, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilib.

Kitabın elmi redaktoru və “Ön söz” müəllifi akademik Nizami Cəfərovdur.

# 1090 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər