Kulis.az Feyruz Muradovun "Oğru qadın" hekayəsini təqdim edir.
 
Adamlar  bir çox hallarda özlərini olduqları kimi göstərmirlər. Hansısa şəxsi istəklərini həyata keçirmək üçün, xeyirxah, qayğıkeş, mərhəmətli biri kimi görünməyə çalışırlar. Kimlərsə onların bu riyakarkığının mənasını anlayır və  onları özlərinə yaxın buraxmırlar. Kimlərsə   sadəlövhlük edərək ,onların bu oynuna aldanır və sonradan bunun əzabını şəkirlər.Elə Nəsibə xala kimi.
   
Nəsibə xala yaşlı qadındır. Köhnə şəhərdəki ata-baba evində yaşayır. Oğlu Rauf isə ondan ayrı yaşayır. O, hökümət evində qalır. Hərdən gəlib anasınn yanında iki-üç gün qalır ki, Nəsibə xala çox darıxmasın. Bir az ürəyi açılsın. Amma həmişə buna imkanı olmur. Onun öz qayğılarıda var. Öz qayğı və problemlərinə də vaxt ayırmağa məcburdur. Odur də bəzən iki-üç gün gedib anasına  baş çəkə bilmir. Nəsibə xala bundan  narazı qalır. Ürəyində oğlundan gileylənir. Amma  bunu çox da bürüza verə bilmirdi. Rauf  müasir fikirli  adam idi.  Anlayırdı ki, anasına kifayət qədər diqqət ayırır.Buna baxmayaraq  köhnə  fikirlərin əsirliyində qalan Nəsibə xala yenə də gileylənməkdə davam edir və narazılığını  ara-sıra bildirirdi.
   
Təkliyə o qədər davamı yox idi  Nəsibə xalanın. Uzun illər doğum evində qapıçı işləmiş,  daim adam arasında olmuşdu.İndi isə təqaüdə çıxması  səbəbindən evdə oturmağa  məcbur olmuşdu. Evdə tək qalır,sıxıntı keçirirdi.
     
Belə  məqamda qonşuluğda yaşayan  Çiçək  Nəsibə xalaya  diqqət  göstərməyə başladı. Bunu bilən  Rauf  xeyli sevindi. Anası  oğluna bildirirdi ki, Çiçək allah yolunda ona qayğı göstərir. Heç bir təmənna güdmür.Rauf buna tam inanmır və hər şeyi zamanın  ixtiyarına buraxmağa qərara vermişdi. 
   
Çiçək  tez-Nəsibə xalanı  evlərinə dəvət edirdi. Bildirirdi ki, o da təkdir ,darıxır. Çəkinməsin , gəlsin onlara baş çəksin. Bir stəkan çay içsin,söhbət etsinlər. Qaynanası da təzə rəhmətə gedib.Odur ki, darıxır. Nəsibə xala  hərdən gedirdi Çiçəkgilə. Hərdən də gedişinə ara verirdi. Deyirdi:- “yaxşı deyil, tez-tez qonşu evinə getmək.” Həm də nə isə özaündə bir narahatlıq hiss etməyə başlayırdı Çiçəkgilə tez-tez  gedəndə. Çiçək də buna görə onu qınayırdı. O, özü ara-sıra Nəsibə xalaya  baş çəkməyə gəlirdi. Bəzən o gələndə oğlu Rauf da  evdə olurdu. Çiçəyin anasına  hansı dərmanı, nə vaxt , nə qədər içmək lazım olmasını izah edib, öyrətməsini müşaidə edirdi. O, Çiçəyin sözlərində nə isə bir etinasızlıq, baxışlarında  nə isə bir laqeydlik duyurdu. 
   
Bir dəfə yolda Raufla  rastlaşan Çiçək bildirdi ki, -“ o ,anasından narahat qalmasım. Rauf  olmaynda o Nəsibə xalanya  baxacaq.”  Əslində  Raufa  bir qədər təəccüblü  gəlirdi  Çiçəyin  belə deməsi. Elə bil  inun böynuna  nə isə bir minnət,təmənna  qoymaq  istəyirdi Çiçək. “Baxacam”- deməsi  də bir qədər böyük çıxırdı. Həm də süni . Axı o Nəsibə xalanın  yanına hərdənbir gəlməklə nə isə böyük ,ağır bir iş görmürdü. Sanki Çiçək ana və oğulu ələ almağa başlayır, öz xırda qulluq göstərməsini, böyük bir iş kimi qələmə verməyə çalışırdı.
   
Çiçək ananın yanına gələndə onun hansı dərmanlər aldığı, nə qədər dərmanlar  pul verməsi ilə də maraqlanırdı. Hərdən zarafatla  Nəsibə xalaya deyirdi ki, “öləndə səni mən yuyacam. Qulağındakı bu sırğaları da açıb götürəcəm”. Onun belə sözləri  Raufda narahatlıq və Çiçəyə qarşı inamsızlığı bir qədər də artırırdı.O, Çiçəyin nəzərinə çatdırdı ki, anasınının ölməyinə hələ çox qalıb və o hələ ananın sırğalarını belə tezliklə açmağa tələsməsin.
   
Sanki  o Nəsibə xalaya bir müştəri gözü ilə baxırdı. Ananın  ölə bilməsini adi bir hadisə kimi,  çox sakit qəbul edirdi.Belə hallarda Çiçək sanki ehtiyatını əldən verir və  daxilindəki əsl hissləri özünü büruzə verirdi. Rauf  gedərkən anasına, Çiçəklə bir qədər ehtiyatlı və diqqətli  olmasını tapşırdı.
   
Rauf evə gələndə Nəsibə xala hərdən pulu qalmadığını  bildirirdi.Deyirdi ki,-“ pulum qurtarmışdı,  gedir qonşu Kamıldən 30 manat borc götürdüm ki, təqaüd alana qədər çörək pulu edim.”  Rauf  bundan təəccüblənirdi. Axı anası nə almışdı ki, pulları qurtarmıçdı?   O ,şübhələnirdi ki, bəlkə anası pulunu kiməsə verib. Aldadıb pulunu əlindən alıblar. Axı  Nəsibə xala  çox  xeyirxah , ürəyiyumşaq qadın idi. Çox  vaxt da başqalarına canı yanırdı. O, hamının  onun kimi olduğunu güman edirdi. Bəzənsə qonşular onun belə ürəyitəmizliyindən  suiistifadə edirdilər.
   
Nəsibə xala  and-aman etdi ki, heç kəsə pul verməyib. Çiçək isə bunu eşidəndə sakitcə deyirdi  ki, --“ Yəqin anan  pulunu harasa qoyub və qoyduğu yeri unudub. Pul harda olacaq ki?  Pul harada  olsa  burada olacaq.”-Onun belə soyuqqanlılıqla  danışması   Raufun narahatlığını bir qədər də  artırırdı.
   
Bu cür Nəsibə xalanın pulsuz qalması ardıcıl olaraq təkrarlanmağa başlamışdı. Oğlu pulun harada olmasını  soruşanda anası  deyirdi ki, pulunu xərcləyib.Amma nəyə xərcləyib soruşanda  tutarlı bir cavab vermirdi. Rauf hiss edirdi  ki, anası nəyi isə ona  bildirmir. 
     
Nəhayət bir gün Nəsibə xala dözə bilməyib hər şeyi olduğu kimi ona açıb dedi.Raufa məlum oldu ki, anasının son vaxtlarda  tez-tez pulsuz qalıb qonşulardan borc  pul istəməsinə səbəb,  onun  aldığı   təqaüdün evdən  oğurlanması  olub. Nəsibə xala  pulunun oğurlanmasında  qonşusu İlhamdan şübhələnirdi. Aralarında  uzun illər  torpaq  üstündə  mübahisələri  olmuşdu. Güman edirdi ki, İlham  qapılarının açarının surətini düzəltdirərərk  , adam olmayan  vaxtlarda evə  daxil olaraq  pulları  götürür.
   
Onun dedikləri Raufa inandırıcı  görünmədi.İlham qaynaqçı idi.Daim işi olurdu. Evdən oğurluq etmək onun nəyinə gərək idi? Sonra Rauf evə gəlib-gedən adamları bir-bir  xatırlamağa , gözünün önündən  keçirməyə başladı. Çiçək yadına düşəndə , onun şübhəli  danışığı, hərəkətləri  və həmin   vaxt  özünü  keçirdiyi  narahatlıq hissi Raufu sanki ayıltdı.Evdən oğurluğu ancaq Çiçək edə bilərdi.
     
Rauf gedərkən , anasına tapşırdı ki,  “--Çiçəkdən göz olsun.Onun hər bir hərəkətini izləsin. Ola bilsin ki, pulları o  götürüb. “ Rauf bilirdi ki, xeyli müddət tutlmadığını görən Çiçək , pulları xərcləyib qurtardıqdan sonra , yenidən təqaüdlə verilən vaxtda  bura gələcək.Güman ki, nədəsə kömək etmək  istədiyi üçün gəldiyini  bildirəcək.Əslindəsə gəlişinin səbəbi pulları aparmaq  idi. 
     
İki  gündən sonra Rauf  geri qayıtdı. Anası evdə yox idi. Harasa  getmişdi.Qaz yanmırdı.Elə bildi ki , umumi olaraq qaz sönüb.Qonşulardan soruşdu.Onların qazı gəlirdi.Küçəyə çıxdı ki, qaz xəttının açıq olub-olmadığını yoxlasın. Kim isə evə gələn qaz xəttini bağlamış   və  ananı qazsız qoymuşdu.Bilirdilər ki, Nəsibə xala  belə işlərdən baş aça bilmir.Odur ki , bu cür onu incitməyi qərara almışdılar.Rauf  qaz təttimini açıb həyətə gəlmək istəyəndə , küçənin o başından qızı ilə gələn Çiçək onu səslədi.Dayanıb gözlədi.Tələsik yaxınlaşan Çiçək  Nəsibə xaladan  şikayətlənməyə başladı.
    --Daha ananıza baxmayacağam.(Guya ki, anaya nə isə böyük bir yaxşılıq etmişdi.)Mən ona öz anam kimi baxırdım.O isə mənə deyir ki, pulumu sən oğurlamışam.Yaxşı deyil , camaat eşidər,birdən inanarlar .Onda mən nə edərəm?
     
Rauf  -“ Yaxşı ,anam tapşıraram “ –deyib Çiçəkdən aralandı.
- Hər halda tapşırın. Deməsin ki, pulunu mən oğurlamışam. Siz desəz eşidər.-Çiçək onun ardınca söyləndi.
Rauf evə  qayıtdı. Qaz gəlirdi. Yemək hazırladı. Bir azdan Nəsibə xala da  gəldi. O, gec qayıtdığını  görüb oğlunun dalınca yollanmışdı. O həm də Çiçəyin oğurluq etdiyi zaman necə tutduğunu Raufa xəbər vermək istəyirdi.
Rauf Nəsibə xala üçün yemək qoydu. Onun üzündə bir neçə aydan bəri görmədiyi  bir sakitlik və rahatlıq gördü. O, gələrkən qapılarının ağzında Çiçəyin  Raufu  saxlayıb ona nə isə dediyini uzaqdan görmüşdü. Odur ki, sakit-sakit Raufa  baxıb, soruşdu:
-- Çiçək sənə nə deyilirdi?
_Çiçək bildirdi ki, sən pulunun onun  oğurladığını deyirsən. Yaxşı deyil. Sənə tapşırım ki, belə deməyəsən. O pul oğurlamayıb. Yəqin sən özün pulunu evdə harasa qoymusan, yadından çıxıb. Odur ki, səhvən Çiçəyi  ittiham edirsən.
 
Nəsibə xala fikrə getdi. Sonra asta-asta dedi:
--Oğru tapıldı, bala. Oğru Çiçək özüdür. Bu qədər vaxtda pullarımı oğurlayanda  o imiş. Özünü canıyanan, qayğıkeş göstərməklə şübhəni özündən uzaqlaşdırırmış.
     
Hadisə belə olmuşdu. Rauf  gedəndən sonra Çiçək Nəsibə xalanın  təqaüd aldığını bilərək onun yanına gəlib. Nə kömək lazım olması ilə maraqlanıb. Əslindəsə məqsədi  heç də anamın qayğısına qalmaq deyil, əksinə  Raufun zənn etdiyi  kimi, ona ziyan vuraraq pullarını oğurlayıb aradan çıxmaq idi.
   
O, Nəsibə xalanın ayağına yod çəkib. Deyib ki, uzansın, dincəlsin. Özü isə içəri otağa  keçib. Guya evi təmizləmək istəyirmiş. Bir az sonra çıxıb və tələsik getmək istəyib. Nəsibə xala Çiçəyin qəfil getmək  istəməsindən  lap şübhələnib. Oğlunun sözləri də yadına düşüb. Oğlu gedəndə tapşırmışdı  ki, Çiçəyə göz qoy.
   
Nəsibə xala  da Çiçək çıxan kimi tez içəri evə keçir. Pulu gizlətdiyi yeri yoxlayır. Pul yerində olmayıb. Bu onun bir aylıq təqaüdü idi. Çörək pulu idi. Onu da Çiçək hər dəfə gəlib xəlvəti oğurlayıb və aparıb xərcləyirdi. Ana isə pulsuz qalıb, qonşulardan borc pul istəyirdi. Kim isə borc pul verirdi, kim isə vermirdi.
 
Bu dəfə də Çiçək belə etmişdi. Onun pulunu götürmüşdü. Üzdə özünü  canıyanan , qayğıkeş qələmə versə də ,əslində onu Nəsibə xalanın pulundan başqa heç nə maraqlandırmırdı. Pulunu aparıb  özünə  xərcləyib, sadəlövh   Nəsibə xalanı  pulsuz qoymaq istəyirdi..Nəsibə xala utandığından pulun oğurlanmasını oğluna da bildirmirdi. Özünün belə aldanılmasından xəcalət çəkirdi. Həm də oğlu bilərsə, qonşuluqda  aralarında münaqişə , düşmənçilk  yaranacağından ehtiyat edirdi..Çünki oğlu  hər dəfə tapşırırdı ki, Çiçək etibarlı adama oxşamır.O isə oğlunun  sözünə məhəl qoymurdu. İndisə yanıldığını nəhayət ki, anlamışdı.
       
Pulun yerində olmadığını görən anam tələsik, qışqıra-qışqıra Çiçəyin dalınca qaçır. Qapının ağzında onu yaxalayır. Qışqıra-qışqıra pulları verməsini tələb edir. Çiçək pulların onda olmamasını desə  də, Nəsibə xala  əl çəkmir. Onun yaxasını-başını axtarır. Nəhayət Çiçəyi yerə yıxan Nəsibə xala 300 manat pulunu onun sinəsindən  çıxarır. Onu həyətdən çıxararaq, bir də bu evə gəlməməsini tapşırır.
     
İndi Nəsibə xala  daha rahat idi. Çünki kömək etmək adı ilə onun evinə daxil olan, onun  əzab-əziyyətimizə  səbəb olan birini  qovmaqla,   irəlidəki  həyatını  çox  ağrılardan xilas edə bilmişdi. 
   
Hər adamın özünü xeyirxah, qayğıkeş göstərməsinə inanmaq lazım deyil.Hər özünü belə göstərən adam, heç də həqiqi xeyirxah adam olmur. Əksinə, bəzən belə qiyafə arxasında bizə ziyan vurmağa çalışan, hiyləgər və saxtakar adamlar gizlənirlər.