Məşhur rok qrupunun üzvü vəfat etdi

Məşhur rok qrupunun üzvü vəfat etdi
7 may 2026
# 12:30

Türkiyənin əfsanəvi "Kurtalan Ekspres" rok qrupunun sabiq üzvü, unudulmaz sənətçi Barış Manço ilə illərlə çiyin-çiyinə çalışmış tanınmış musiqiçi Hüseyin Cebeci Bodrumdakı mənzilində ölü halda aşkarlanıb.

Kulis.az xəbər verir ki, tükürpərdən hadisə Bodrumun Ortakent Müsqebi məhəlləsində baş verib.

Düz iki gün 59 yaşlı musiqiçidən heç bir xəbər ala bilməyən narahat dostları ötən axşam onun evinə yollanıblar. İçəri daxil olan yaxınları gördükləri mənzərə qarşısında şoka düşüblər – Cebeci sinəsindən ov tüfəngi ilə vurulmuş halda, cansız vəziyyətdə tapılıb.

Dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası sənətçinin artıq dünyasını dəyişdiyini təsdiqləyib. Faktla bağlı Bodrum Baş Prokurorluğu tərəfindən təcili araşdırmalara başlanılıb. Hazırda musiqiçinin intihar etdiyi ehtimalı ən güclü versiya kimi nəzərdən keçirilir. Ölümün dəqiq səbəblərinə Muğla Məhkəmə Tibbi Ekspertiza Qurumunun rəyindən sonra aydınlıq gələcək.

Mərhumun yaxın ətrafından sızan məlumatlar isə faciənin pərdəarxası məqamlarından xəbər verir. Məlum olub ki, Hüseyn Cebeci son vaxtlar çox ağır günlər keçirirmiş; sənətkar həm amansız xərçəng xəstəliyi ilə mübarizə aparır, həm də ciddi maddi sıxıntılar içində boğulurmuş.

Hadisənin ən ürəkağrıdan tərəfi isə odur ki, musiqiçi ölümündən qısa müddət öncə Bodrum Herodot Mədəniyyət Mərkəzində baş tutması planlaşdırılan yeni konsert proqramı üçün böyük həvəslə hazırlıqlar görürmüş.

Xatırladaq ki, Hüseyn Cebeci türk və Anadolu rok musiqisinin ən önəmli simalarından sayılırdı. O, xüsusən gənclik illərində ustad sənətkar Barış Mançonun komandasında yer alaraq, Türkiyənin dörd bir yanında unudulmaz konsertlərə imza atmışdı.

# 746 dəfə oxunub

Oxşar xəbərlər

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər