Ankarada azərbaycanlı rəssamların sərgisi açıldı

Ankarada azərbaycanlı rəssamların sərgisi açıldı
8 aprel 2026
# 14:00

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Rəsm və Heykəllər Muzeyinin birgə layihəsi çərçivəsində “Suverenliyimizi qazandıran şanlı Zəfər” mövzusunda azərbaycanlı rəssamların sərgisi açılıb.

Kulis.az xəbər verir ki, Ankara Rəsm və Heykəllər Muzeyində təşkil olunun sərginin açılış mərasimində diplomatlar, eləcə də mədəniyyət, incəsənət xadimləri, rəssamlar, qardaş ölkədə yaşayan azərbaycanlılar və sənətsevərlər iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan zəfərini əks etdirən qısa film nümayiş olunub.

Açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Baş İdarəsinin rəhbəri Ömer Faruk Belviranlı çıxış edərək ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, eləcə də sərginin əhəmiyyətindən bəhs edib. O, sərgilənən əsərlərdə Azərbaycanın qazandığı şanlı Zəfərin sənətin dili ilə insanlara çatdırıldığını qeyd edib. O, Türkiyədə yaşayan çoxsaylı azərbaycanlı sənət adamlarının, rəssamlarının mədəniyyətə töhfə verməklə yanaşı, iki qardaş ölkə arasında mədəni körpü qurduqlarını bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, zəfər tarixinin hər bir dövlət üçün müqəddəs və önəmli tarixi hadisə olduğunu qeyd edərək, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərimiz haqqında danışıb. O, Türkiyədə yaşayan çoxsaylı azərbaycanlı rəssamlar arasında keçirilən və zəfərimizə həsr olunan sərgidə 44 əsərin nümayiş olunduğunu və bu əsərlərdə Vətənimizin tarixi, mədəniyyəti, mənəvi dəyərləri, Qarabağ mövzusunun geniş işıqlandırıldığını söyləyib.

Azərbaycan xalqının min illər boyu zəngin bir mədəniyyət yaratdığını və onun rəssamlıq məktəbinin əsrlər boyu bu mədəniyyətin bədii və estetik dəyərlərini qoruyub saxlamaqla inkişaf etdirdiyini qeyd edən S.Abbasov, azərbaycanlıların daim qardaş Türkiyənin mədəni həyatında aktiv iştirakını və mədəniyyətin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

Səfirliyimizin müşaviri Füzuli Məcidli Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən bəhs edərək, bu kimi mədəni təşəbbüslərin Azərbaycan ilə Türkiyə arasında mədəniyyət diplomatiyasının gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O, Türk dünyası arasında əlaqələrin daha da genişlənməsindən danışaraq, mədəniyyət layihələrinin bu münasibətlərə önəmli töhfələr verdiyini bildirib.

Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım müasir Azərbaycanın inkişafının təməlini qoymuş Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun əhəmiyyətini xüsusi qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin daha da möhkəmləndiyini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının tarixə şanlı Zəfər kimi həkk olunduğunu diqqətə çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin deputatı Ayyüce Türkeş isə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəri olduğunu bildirib. O, bu möhtəşəm uğurun incəsənət vasitəsilə təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycanın Xalq rəssamı Arif Hüseynov çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsünü və layihəsini yüksək dəyərləndirərək bu cür sərgilər vasitəsilə tarixi zəfərin gənc nəslə bədii dillə çatdırılmasının əhəmiyyətini, qardaş Türkiyədə geniş kütlələrə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan rəssamlarının əsərlərində qədim mədəni irsimizin izləri ilə yanaşı, müasir estetik axtarışlar da öz əksini tapır və bu, milli rəssamlıq sənətinin ənənə ilə müasirliyin vəhdətində inkişaf etdiyini göstərir.

Sonra sərgiyə baxış keçirilib, nümayiş olunan əsərlər haqqında iştirakçılara məlumat verilib.

Zəfərimizə ithaf edilmiş sərgidə Türk dünyasının böyük şəxsiyyətləri, Ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin rəsmləri, habelə Azərbaycan, Vətən sevgisi, milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, Qarabağ, Azərbaycan-Türkiyə qardaşlığı mövzusunda rəsmlər nümayiş etdirilir.

Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlər 2025-ci ildə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin 5 illiyi münasibətilə elan etdiyi müsabiqə çərçivəsində seçilib. Türkiyənin müxtəlif şəhərlərindən təqdim olunan çoxsaylı əsərlər arasından Təşkilat Komitəsi tərəfindən 44 rəsm əsəri seçilib və Ankara Rəsm və Heykəllər Muzeyinə gətirilərək nümayiş etdirilir.

Aprelin 16-dək Ankara Rəsm və Heykəllər Muzeyində nümayiş olunacaq sərginin Ankara ilə yanaşı, Türkiyənin digər böyük şəhərlərində də təşkili, habelə seçilmiş dəyərli əsərlərin Azərbaycan və Türkiyədə muzeylərinə daimi eksponat kimi hədiyyə olunması nəzərdə tutulur.

# 119 dəfə oxunub

Oxşar xəbərlər

"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

14:50 8 aprel 2026
"Varlı olmaq istəyirsinizsə..." - Amerikalı yazıçının məşhur bestsellerindən sitatlar

"Varlı olmaq istəyirsinizsə..." - Amerikalı yazıçının məşhur bestsellerindən sitatlar

12:50 8 aprel 2026
Məşhur reperin Britaniyaya girişi qadağan edildi

Məşhur reperin Britaniyaya girişi qadağan edildi

12:31 8 aprel 2026
AKİ-nin qurultayının vaxtı bilindi - Rasim Balayevin yerinə kim sədr seçiləcək?

AKİ-nin qurultayının vaxtı bilindi - Rasim Balayevin yerinə kim sədr seçiləcək?

12:20 8 aprel 2026
Məşhur müğənni 30 yaşında vəfat etdi

Məşhur müğənni 30 yaşında vəfat etdi

11:48 8 aprel 2026
Türk aktyorla israilli nazir arasında qalmaqal

Türk aktyorla israilli nazir arasında qalmaqal

11:20 8 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər