"Nuhun izi ilə" sənədli filminin təqdimatı oldu

"Nuhun izi ilə" sənədli filminin təqdimatı oldu
21 dekabr 2024
# 15:47

Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikanın 100 illik yubileyinə həsr olunmuş, tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin Naxçıvanda lentə aldığı "Nuhun izi ilə" sənədli filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Xalq artisti Gülyanaq Məmmədovanın ifasında "Naxçıvan şikəstəsi" səslənib.

Tədbiri açan Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov sənədli film haqqında məlumat verərək, Naxçıvan Muxtar Respublikanın 100 illik yubileyinin ölkə səviyyəsində qeyd edilməsini böyük mədəni hadisə, filmi isə Naxçıvan tarixinin zənginliyini və qədimliyini əks etdirən dəyərli sənət nümunəsi adlandırıb, Azərbaycanda mədəni irsin qorunmasının hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

"Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və tarixlə bağlı fikirləri hər zaman bizə yol göstərib. Məhz bu dəyərlər sayəsində mədəniyyətimiz hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olub, inkişaf etdirilib. Prezident İlham Əliyevin “Mədəni irsimizin qorunması bizim milli varlığımızın və dövlət müstəqilliyimizin mühüm tərkib hissəsidir” sözləri də bu gün tarix və mədəniyyət sahəsində gördüyümüz bu işin əhəmiyyətini bir daha vurğulayır. Biz bu cür şəraitə, diqqət və qayğıya görə dövlət başçısına və birinci xanıma dərin təşəkkürümüzü bildiririk", - deyə o qeyd edib.

Filmin ərsəyə gəlmə prosesi haqqında danışan UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov bu əsərin Azərbaycan mədəniyyəti və tarixi baxımından əhəmiyyətindən danışıb.

Filmin rejissoru Mikael Silkeberq çıxış edərək dünya tarixinin, onu öyrənməyin vacibliyindən və bu mövzuda Naxçıvan torpağının qədim tarixinin önəmindən söz açıb. Rejissor qeyd edib ki, Naxçıvan dünya tarixində qədimliyi baxımından çox xüsusi önəm kəsb edir.

"Bu filmin ərsəyə gəlməsi mənim üçün çox vacib idi və ona görə də bu işdə mənə dəstək göstərən UNESCO-ya və Azərbaycan rəhbərliyinə dərin təşəkkürümü bildirirəm", - deyə rejissor əlavə edib.

Daha sonra film nümayiş olunub.

Qeyd edək ki, tədbirdə xarici və yerli qonaqlar, o cümlədən Azərbaycanın elm və mədəniyyət xadimləri iştirak ediblər.

# 2657 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər