"Nizami günləri" layihəsi çərçivəsində "Qiraət axşamı" təşkil olundu

"Nizami günləri"  layihəsi çərçivəsində "Qiraət axşamı"  təşkil olundu
14 sentyabr 2024
# 14:20

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" layihəsi çərçivəsində "Qiraət axşamı" təşkil olunub.

Kulis.az xəbər verir ki, "Qiraət axşamı"nda Gəncə Dövlət Kukla Teatrının aktyorlarının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından hazırladıqları “Xeyir və Şər” tamaşası, Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı heyətinin “Sələflər və Xələflər” kompozisiyası, “Leyli və Məcnun” operasından Leyli və Məcnunun səhrada görüş səhnəsi təqdim edilib. Bədii qiraətçilər tərəfindən Nizami Gəncəvinin “Sənsiz”, “Sevgili Canan”, “Yenə tövbə evimi eşq xərab etmədədir” və başqa qəzəlləri səsləndirilib. Həmçinin Gəncə şəhər 31 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinin Nizami Gəncəvinin şeirlərindən ibarət kompozisiyası qiraət axşamına xüsusi rəng qataraq tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, "Qiraət axşamı"nın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

# 2270 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər