Nizaməddin Şəmsizadəyə həsr olunmuş kitab sərgisi açıldı

Nizaməddin Şəmsizadəyə həsr olunmuş kitab sərgisi açıldı
28 dekabr 2024
# 13:17

Milli Kitabxanada “Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgidə professor Nizaməddin Şəmsizadənin əsərləri, “Ön söz” müəllifi, rəyçisi, elmi məsləhətçisi, layihə rəhbəri və redaktoru olduğu nəşrlər, dövri mətbuatda çıxan məqalələri, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Qubanın İspik kəndində anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.

"Ədəbi proses-78", "Ədəbi mübahisələr", "Azərbaycan ideologiyası", "Azərbaycan ədəbiyyatşünaslığı", "Türk təfəkkürü məcrasında", "Hıçqıran gülüşlər", "Əli Nazim", "Rejissor taleyi", "Tənqidin ədəbi prosesdə rolu", "Böyük nəslin davamçısı", "Azərbaycançılıq", "Ədəbi proses və ədəbi nəsil", "Yazıçı ömrünə uvertüra" monoqrafıyalarının, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Onun "Seçilmiş əsərləri" 3 cilddə işıq üzü görüb.

Professor Nizaməddin Şəmsizadə milli ideologiyamız - azərbaycançılıq nəzəriyyəsi haqqında ilk kitabın və bu gün ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifidir. Alimin yaradıcılığı haqqında 80-dən artıq elmi məqalə, professor Ş.Vəliyevin "Azərbaycanşünas alim" monoqrafıyası, "Filosof tənqidçi" və "Nizaməddin Şəmsizadə: Biblioqrafiya" kitabı çap olunub.

O, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır. Azərbaycan Prezidenti İlham Əliyev “2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatlarının verilməsi haqqında” imzaladığı Sərəncam ilə ədəbiyyat sahəsi üzrə Nizaməddin Şəmsizadə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Dövlət Mükafatına layiq görülüb. 2019-cu ildə isə ölkə başçısının müvafiq Sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

# 2198 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər