"Niyə ayrılan vəsaitlər boşa gedir?" - Qənirə Paşayeva nazirliyi sərt tənqid etdi

Qənirə Paşayeva

Qənirə Paşayeva

4 may 2022
# 15:40

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində aparılan auditin nəticəsi olduqca narahatlıq yaratdığını bildirib:

"Orta hesabla hər il 134 abidədə təxminən 90 milyon manatlıq bərpa və konservasiya işləri aparılması nəzərdə tutulub. Amma 2020-2021-ci illərdə bu işə 40 milyon manatlıq satınalma həyata keçirilib ki, bu vəsaitin 77,3%-i yalnız bir abidəni – Şəki şəhərindəki Gileyli məscidinin bərpasını əhatə edib. Niyə əvvəl ayrılan 600 min manat vəsait boşa getdi?! Bu, ciddi araşdırılmalıdır. Bu vəsaitə 4-5 abidəni bərpa etmək olardı”.

Kulis.az xəbər verir ki, məsələ ilə bağlı sözügedən Xidmətin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektoru açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, bir il üçün 134 abidənin bərpa və konservasiya edilməsinin nəzərdə tutulması, 2020-2021-ci illərdə bu işə 40 milyon manat vəsaitin ayrılması, bu vəsaitin isə 77.3%-nin (başqa sözlə, təxminən 31 milyon manatın) yalnız bir abidəyə (Gileyli məscidi) xərclənməsi barədə məlumat həqiqəti əks etdirmir:

"Bir il ərzində 134 abidənin bərpa və konservasiyası mümkün deyil və belə bir qeyd hər hansı sənəddə əks olunmayıb. 2020-2021-ci illərdə 40 milyon manat vəsaitin Dövlət Xidməti üçün ayrılması da doğru məlumat deyildir. Eyni zamanda, Gileyli məscidi 2018-ci ildə bərpa edilib. Müvafiq sənədlərə uyğun olaraq, məscidin minarəsinin bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkidilmə işlərinə 31 milyon manat deyil, 1099707,34 manat dəyərində vəsait istifadə olunub”.

Xidmətdən bildirilib ki, Hesablama Palatası tərəfindən tərtib edilmiş hesabatda olan 134 rəqəmi düzgün anlaşılmayıb: "Belə ki, həmin rəqəm investisiya siyahısına daxil edilmiş, lakin bərpası üçün əvvəlki illərdə büdcədən pul ayrılmayan abidələrin sayıdır.
Qeyd olunub ki, abidələrin bərpasına tələb olunan vəsait onun həcmindən, memarlıq xüsusiyyətlərindən, texniki vəziyyətindən, yerləşdiyi ərazidən, aid olduğu dövrdən və s. asılı olaraq dəyişir: "Mövcud təcrübə və qiymətləndirmə göstərir ki, orta hesabla 4-5 abidənin bərpa-konservasiyası 600 min manatdan çox vəsait tələb edir”.

# 2948 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər