“Neftçi”də oynadı, iki dəfə ailə qurdu, dindarlar onu hədələdi - Əlixan Rəcəbov haqqında maraqlı faktlar...

Əlixan Rəcəbov, aktyor

Əlixan Rəcəbov, aktyor

1 avqust 2022
# 15:00

Bu gün aktyor Əlixan Rəcəbovun doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Əlixan Rəcəbov 1991-ci ildə, avqustun 1-i Bakı şəhərində doğulub. Milli Aviasiya Akademiyasında təhsil alıb, 2012-ci ildə məzun olub.

***

2009-2013-cü illərdə tələbə olduğu müddətdə KVN-də oynayıb.

O, 2009-cu ildə ilk dəfə Rusiyanın Həştərxan şəhərində, "Neftçi Bakı" ŞHK-nun (Şən və Hazırcavablar Klubu – red.) heyətində çempionata qatılıb. 2009-cu ildən 2013-ilə qədər bir çox ŞHK liqalarında komandasıyla birlikdə iştirak edib. 2013-cü ildə Azərbaycan yığmasında Belarusun Minsk şəhərində 1-ci liqada oyuna qatılıb.

***

2014-cü ildə ANS telekanalında yayımlanan “comedy.az” layihəsində iştirak edib.

Fotoğraf açıklaması yok.

2016-cı ilin dekabrında şəxsi videobloquna başlayıb. İlk videobloqları cəmiyyətdəki mənfi obrazlar haqqında çəkilmiş 1 dəqiqəlik videolar idi. Daha sonra bu videoformatdan çıxıb, daha keyfiyyətli və xronometraj baxımından uzun vloqlar çəkib.

***

Videobloqlarıyla məşhurlaşandan sonra, 2017-ci ildə "Kəklikotu" filminin kastinqindən keçərək Qafar obrazını canlandırıb. Daha sonra, böyük şirkətlərə reklam videoçarxları çəkməyə başlayıb. 2018-ci ildə isə "Ağacdələn", "Qış Nağılı" və "Əlvida Şmidt!" filmlərində çəkilib. 2019-cu ilin martında İctimai TV-də yayımlanan "Şou biznesin sonu" televiziya filmində oynayıb.

Aktyorun mediada barmaqla sayılacaq qədər müsahibəsi var. Murad Arifin “Popumuz var” verilişində qonaq olan Əlixan Rəcəbov bunun səbəbini bəzi jurnalistlərin başlıq siyasəti ilə əlaqələndirib.

***

“Sonuncu şam yeməyi” filmi ilə dindarlar tərəfindən linç olunmuşdu. Filmdə yas mərasimindəki dini ritualların təqdimatı birmənalı qarşılanmamışdı. Daha sonra aktyor ilahiyyatçı Hacı Şahinlə görüşüb bu məsələni müzakirə etmiş, sosial şəbəkədə dindarlardan üzr istəmişdi.

Əlixan Rəcəbov iki dəfə ailə həyatı qurub. Model İlona Tamiyeva ilə evliliyi dörd ay çəkib. Aktyor hazırda Çilənay adlı xanımla evlidir.


# 15979 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər