"Narkomaniya bəşəriyyətin faciəsidir” adlı disput təşkil edildi

"Narkomaniya bəşəriyyətin faciəsidir” adlı disput təşkil edildi
1 aprel 2024
# 16:00

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələri gənc oxucuların iştirakı ilə "Narkomaniya bəşəriyyətin faciəsidir" adlı disput təşkil edib.

Kulis.az xəbər verir ki, kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizənin mühüm əhəmiyyətə malik olduğunu bildirib. “Bu istiqamətdə yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etmək hər bir vətəndaşın borcudur. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”da maarifləndirmə məsələlərinə xüsusi yer verilir. Kitabxanada bu səpkidə mədəni-kütləvi tədbirlər, sosial aksiyalar keçirilir. Eyni zamanda kitabxananın fondunda narkomaniya və onun faciəvi nəticələri mövzusunda qələmə alınan ədəbiyyat nümunələri var”,- deyə o əlavə edib.

Tədbirdə “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələrinin “Narkomaniya gələcəyimiz üçün böyük təhlükədir”, “Reablitasiya mərkəzlərində narkotik istifadəçilərinə göstərilən qayğı”, “Sağlam gənclik, sağlam nəsil naminə narkomaniyaya yox deyək”, “Narkomaniyaya qarşı həyata keçirilən tədbirlər” mövzusunda çıxışları dinlənilib.

Kitabxananın Metodiki təminat və layihələrlə iş şöbəsinin müdiri Tamella Məmmədova bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkomaniyanın müasir dövrün ən ağrılı problemlərindən biri olduğunu söyləyib.

Tədbirdə narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyi, ailə və ətrafın məsələyə məsuliyyətli yanaşmasının zəruriliyi kimi mövzular müzakirə edilib.

Sonda “Narkomaniya – geri dönüşü olmayan yol” adlı videomaterial nümayiş olunub.

# 2004 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər