Murat Dalkılıç, İsmail Hacıoğlu və Kaan Tangöze saxlanıldı

Murat Dalkılıç, İsmail Hacıoğlu və Kaan Tangöze saxlanıldı
17 fevral 2026
# 10:26

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı əməliyyat çərçivəsində aralarında məşhur sənət adamlarının da olduğu ümumilikdə 17 nəfər saxlanılıb.

Kulis.az xəbər verir ki, saxlanılanlar arasında müğənni Murat Dalkılıç, “Duman” qrupunun solisti Kaan Tangöze, aktyor İsmail Hacıoğlu və stilist Kemal Doğulu da var.

İstintaq materiallarına əsasən, bəzi şəxslərin üzərindən narkotik maddə və digər qadağan olunmuş vasitələr aşkarlanıb. Belə ki, Kaan Tangözenin üzərindən 17,6 qram marixuana, İsmail Hacıoğlundan isə 33 qram marixuana götürüldüyü bildirilir. Murat Cevahiroğlunun üzərindən 5 ədəd 9 mm-lik patron, Barış Talayın üzərindən isə ümumilikdə 1,86 qram marixuana aşkarlandığı qeyd olunur.

Əməliyyat çərçivəsində saxlanılan şəxslərin siyahısı belədir:

Hakan Tunçelli (iş adamı, “Terzi” adlı məkanın sahibi)

Murat Dalkılıç (müğənni)

Kaan Tangöze (“Duman” qrupunun solisti)

Murat Cevahiroğlu

Barış Talay

Hakan Kakız

Kemal Doğulu

Murat Öztürk (“Bonivex” adlı məkanın sahibi)

Murathan Kurt (“Züber” şirkətinin ortağı)

Nailcan Kurt (“Züber” şirkətinin ortağı)

Alihan Taşkın

Tolga Sezgin

Ramazan Bayar

Aygün Aydın

Buse Görkem Narcı

İsmail Hacıoğlu

Furkan Koçan

Hazırda faktla bağlı araşdırma davam edir. Rəsmi qurumların əlavə açıqlama verəcəyi gözlənilir.

# 1032 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər