Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində bununla bağlı təqdim olunan vəsatətə baxılıb.
Məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.
***
Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Sabunçu rayon Məhkəməsində iclas keçirilir.
Qeyd edək ki, bu il avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.