Qafqazın ilk süni intellekt əsaslı film festivalının qalibləri elan edilib

Qafqazın ilk süni intellekt əsaslı film festivalının qalibləri elan edilib
19 noyabr 2025
# 15:30

Bakıdakı “Salaam Cinema”da “AİAZ” Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib. “AİAZ” film festivalı Qafqazın və regionun ilk süni intellekt əsaslı film festivalıdır.

Kulis.az xəbər verir ki, festival iki gün ərzində kino sənətində süni intellekt dövrünün başlanğıcını və sənət ilə texnologiyanın sintezini nümayiş etdirib.

Film nümayişlərindən əlavə, süni intellekt mütəxəssisi Ümid Salay ustad dərsi keçib, ənənəvi kinoya süni intellekt həlləri gətirən “Jafjab” startapı təqdim olunub və mükafatlandırma mərasimi təşkil edilib.

Mükafatlandırma mərasimində müsabiqə proqramının ən yaxşıları elan edilib. Qalib layihələr süni intellektin yaratdığı imkanlardan səmərəli istifadə etməklə yanaşı, yüksək bədii dəyərə malik olduqlarını da sübut ediblər.

“Süni intellektlə hazırlanmış ən yaxşı yerli qısametrajlı film” nominasiyasında Rəvan Muradovun “KhatAI” filmi qalib elan edilib.

“Süni intellektlə hazırlanmış ən yaxşı beynəlxalq qısametrajlı film” mükafatına İqor Xarlamovun “Tək yol” filmi layiq görülüb.

Festival komandası tərəfindən xüsusi mükafat Aişə Hacıyevanın “Ana yurd” filminə təqdim edilib.

Ekoloji mövzulara toxunan filmlər arasında “Ekoloji təsir mükafatı” yerli müsabiqədə Ruslan İbrahimlinin “Güzgü: İnsanlığın əks tərəfi”, beynəlxalq müsabiqədə isə Piter Vadoçun “İqlim böhranı” filminə verilib.

Festivalın dəstəkçiləri arasında “Eco hub” ekoloji platforması və “Fors” MMC yer alır.

Qeyd edək ki, festivalın təsisçisi Murad Şükürlü, direktoru Sahil Məmmədov, vizual tərtibatçısı Mirvüqar Abdulov, kreativ direktoru Məleykə Məmmədova və media üzrə rəhbəri Səməd Ağayevdir.

# 1531 dəfə oxunub

Oxşar xəbərlər

Cudi Denç “Pişiklər” filmini tənqid etdi:  “İstedadın və etimadın israfı”

Cudi Denç “Pişiklər” filmini tənqid etdi: “İstedadın və etimadın israfı”

12:40 22 oktyabr 2026
“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

11:00 22 oktyabr 2026
"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

17:00 21 oktyabr 2026
Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

17:00 21 oktyabr 2026
"The Wicker Man" filminin pərdəarxası

"The Wicker Man" filminin pərdəarxası

15:00 21 oktyabr 2026
Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

15:00 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər