“Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub

“Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub
18 noyabr 2025
# 22:08

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli alim, Xalq yazıçısı Kamal Abdullanın “Gülçöhrə və Əsgər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Kulis.az xəbər verir ki, premyerada tamaşaçılar arasında ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət nümayəndələri də yer alıb.

“Gülçöhrə və Əsgər” tamaşası dahi bəstəkar Üzeyir Hacıbəylinin xoşbəxt sonluqla bitən “Arşın mal alan” operettasının davamı kimi qələmə alınıb, lakin tamamilə fərqli təəssürat yaradıb. Səhnə əsərində Gülçöhrə ilə Əsgərin məşəqqətli həyat hekayələri fonunda Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bolşeviklərin törətdiyi faciələr göstərilir.

Qeyd edək ki, musiqili dramın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.

Xatırladaq ki, səhnə əsərinin rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Çimnaz Bağırovadır.

Tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Prezident təqaüdçüsü Atilla Məmmədov, aktyorlar Nicat Əli, Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, İbrahim Əlizadə, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Məhəmməd Məmmədov, Nihad Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.

# 1281 dəfə oxunub

Oxşar xəbərlər

Kukla Teatrında yeni tamaşa: "Dovşanın ad günü"

Kukla Teatrında yeni tamaşa: "Dovşanın ad günü"

15:12 4 dekabr 2025
Sumqayıt Teatrında yeni tamaşa: "Varlı ev"

Sumqayıt Teatrında yeni tamaşa: "Varlı ev"

12:01 4 dekabr 2025
Musiqili Teatrda Rumıniya folklor gecəsi  keçirildi

Musiqili Teatrda Rumıniya folklor gecəsi keçirildi

13:00 3 dekabr 2025
Premyera: “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc”

Premyera: “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc”

12:40 3 dekabr 2025
“Regionlarda peşəkar teatr dərsləri”  layihəsi davam edir

“Regionlarda peşəkar teatr dərsləri” layihəsi davam edir

16:09 1 dekabr 2025
Amaliya Pənahova “Xurşidbanu Natəvan”la yad edildi

Amaliya Pənahova “Xurşidbanu Natəvan”la yad edildi

16:03 27 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər