Sevinc Həsənovanın “Unudulmayan izlər” kitabı nəşr olunub

Sevinc Həsənovanın “Unudulmayan izlər”  kitabı nəşr olunub
19 noyabr 2025
# 14:19

Azərbaycan Yazıçılar Birliyinin (AYB) aybKitab layihəsi çərçivəsində AYB-nin və İLESAM–Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənovanın “Unudulmayan izlər” adlı kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitab “Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunub. Kitabın redaktoru şair və jurnalist, AYB Mətbuat Xidmətinin rəhbəri Xəyal Rzadır. Toplu görkəmli metodist-alim, pedaqoji elmlər doktoru, professor Məhəmməd Həsənovun anadan olmasının 95 illiyinə ithaf edilib.

“Unudulmayan izlər” müəllifin publisistik fəaliyyəti boyunca qələmə aldığı ədəbi-tənqidi məqalələri bir araya gətirir. Kitabda müasir ədəbi proses, tanınmış yazıçı və şairlərin yaradıcılığı, eləcə də milli ədəbi irsin müxtəlif istiqamətləri ilə bağlı materiallar yer alır. Nəşrdə “Kitabi-Dədə Qorqud” eposunun bədii-estetik qaynaqları, atalar sözləri və məsəllərin müasir dəyəri, həmçinin Hüseyn Cavid, İlyas Əfəndiyev, Nizami Gəncəvi, Aşıq Ələsgər və Şeyda Əzizin yaradıcılıq xüsusiyyətləri əhatə olunub.

Kitabın son bölmələri ana dili, azərbaycançılıq, ekoloji dayanıqlıq, Qarabağ və Qərbi Azərbaycan mövzularına həsr edilib. Məqalələr həm elmi yanaşma, həm də bədii duyumla seçilir və vətənə, millətə və ana dilinə sevgi ilə yazılıb.

Topluda yer alan “Müqəddəs arzuların cəfakeş yolçusu” məqaləsi müəllifin atası – görkəmli alim, professor Məhəmməd Həsənovla bağlı xatirələrə əsaslanır və onun həyat yolu ilə elmi-pedaqoji fəaliyyətinə ehtiramı ifadə edir. Bu yazı kitabın mənəvi istiqamətini müəyyənləşdirən əsas mətnlərdən biri kimi təqdim olunur.

Qeyd edək ki, “Unudulmayan izlər” tədqiqatçılar, müəllim və tələbələr, eləcə də ədəbiyyatsevərlər üçün dəyərli bir mənbə kimi qiymətləndirilir.

# 1354 dəfə oxunub

Oxşar xəbərlər

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

23:00 29 avqust 2026
Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

14:35 29 avqust 2026
Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

13:30 29 avqust 2026
"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

13:00 29 avqust 2026
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər