Mir Cəlal Paşayevin kitabı alman dilinə tərcümə edildi

Mir Cəlal Paşayevin kitabı alman dilinə tərcümə edildi
22 oktyabr 2023
# 13:21

Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı Almaniyanın tanınmış Erqon-Nomos nəşriyyatının Bibliotheca Academica - Şərqşünaslıq sahəsində seçilmiş nəşrlər sırasında çap edilib. Kitab Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib.

Kulis.az xəbər verir ki, Berlin Azad Universitetində dahi şairimiz İmadəddin Nəsimi mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş Hess azərbaycanlı və avropalı oxuculara “Şuşanın irsi” kitabının müəllifi kimi də tanışdır.

Azərbaycan füzulişünaslığının banisi Mir Cəlal 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərək “Füzuli sənətkarlığı” adı altında monoqrafiya kimi nəşr etdirib. Monoqrafiya XVI əsrdə yaşayıb-yaratmış dahi şairimiz Məhəmməd Füzulinin ədəbi yaradıcılığı və sənəti, o cümlədən şeir mədəniyyəti və bədii nəsri haqqında elmi araşdırmaları əks etdirir. Mir Cəlal kitabında Füzuli yaradıcılığının ayrı-ayrı məsələləri və motivlərinin araşdırılması ilə yanaşı, onun ümumi ədəbi mənzərəsini elmi cəhətdən verməyə nail oldu.

Məhəmməd Füzuli türk xalqlarının klassik ədəbiyyatının, eyni zamanda, ona görə tanınmış şairlərindən hesab olunur ki, o, dövrünün üç əsas dili - türk, ərəb və fars dillərində “Divan” yazmaqla ədəbi sənətkarlıq nümunəsi yarada bilmişdir. Alman alimin, Füzulinin dövrünün tələblərinə uyğun olaraq Azərbaycan, türk, ərəb və fars dillərini bilməsi ona Füzuli və Mir Cəlal yaradıcılığının dərinliklərini araşdırmağa və avropalı oxuculara təqdim etməyə imkan verdi. Şərqşünas-alim Hess, həmçinin kitaba “Giriş sözü” yazaraq, həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. Alman alim sovet-kommunist rejimi tərəfindən ədəbiyyata tətbiq olunan qadağalara və edilən müdaxilələrə dair Qərb oxucusu üçün izahlar verərək yazmışdır ki, dövrün ideoloji məhdudiyyətlərinə baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa və təqdim etməyə nail oldu. Dr. Hess kitabda “Füzuli sənətkarlığı” əsərinin ədəbi elmi aspektlərinə dair müfəssəl izahatlar verib.

Mixael Raynhard Hessin qənaətinə görə, “Azərbaycanda füzulişünaslığın əsasını qoyan “Füzuli sənətkarlığı” əsərinin digər dəyərli xüsusiyyətlərindən biri Mir Cəlalın çoxsaylı məsələlərin araşdırılması üçün orijinal mənbələrdən birbaşa istifadə etməsidir. Məhz bu səbəblərdəndir ki, yazıldığı tarixdən 80 il keçməsinə baxmayaraq, Füzuli yaradıcılığı haqqında Mir Cəlalın elmi əsəri ilə müqayisə oluna bilinəcək dərinlik və müfəssəlliyə malik elmi əsər yazılmayıb. Bu gün də bu əsər Füzuli yaradıcılığının araşdırmaçıları üçün əvəzolunmaz mənbədir”.

Füzuli dühasının araşdırılmasına həsr olunan bu monoqrafiya, həmçinin Mir Cəlal yaradıcılığının avropalı oxuculara çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Mir Cəlalın “Füzuli sənətkarlığı” əsəri Almaniyanın milli biblioqrafiyasına daxil edildi.

# 1643 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər