"Minnətdarlıq bəşəriyyətin mənəvi yaddaşıdır..." - Tanınmış sosioloqdan sitatlar

"Minnətdarlıq bəşəriyyətin mənəvi yaddaşıdır..." - Tanınmış sosioloqdan sitatlar
28 sentyabr 2026
# 17:00

Kulis.az məşhur alman sosioloq, filosof və tənqidçi Georq Zimmeldən sitatları təqdim edir.

Özünün bilmədiyi şeyi necə öyrənməyi bacaran adam təhsillidir.

Müasir həyatın ən dərin problemləri fərdin əzici sosial qüvvələrin, tarixi irsin, xarici mədəniyyətin və həyat texnikasının qarşısında öz mövcudluğunun muxtariyyətini və fərdiliyini qoruyub saxlamaq iddiasından qaynaqlanır.

Dəb daxili muxtariyyəti çatışmayan və daha çox dayağa ehtiyacı olan, lakin buna baxmayaraq, yenə də fərqlənmək, diqqət çəkmək və kütlədən ayrı tutulmaq istəyi duyan fərdlər üçün oyun meydançasıdır. Dəb önəmsiz bir şeyi bütövlüyün təmsilçisinə və ümumi ruhun xüsusi təcəssümünə çevirməklə onu ucaldır. Onun funksiyası həm fərdi fərqliliyi, həm də eyni zamanda sosial itaətkarlığı mümkün etməkdir. Burada həm boyunəymə, həm də üstünlük hissiyyatının qarışığı iş başında olur.

İki fərd və ya iki qrup arasındakı hər bir münasibət özündə ehtiva etdiyi məxfilik nisbəti ilə səciyyələnir.

Fərd əşyaların və qüvvələrin nəhəng təşkilatında sadəcə bir dişli çarxa çevrilmişdir; bu təşkilat bütün tərəqqini, mənəviyyatı və dəyəri onun əllərindən qoparıb alır ki, onları subyektiv formadan tamamilə obyektiv həyat rejiminə transformasiya etsin.

Müasir mədəniyyət durmadan daha çox obyektivləşir. Onun toxumaları getdikcə daha çox qeyri-şəxsi enerjilərdən törəyir və fərdin subyektiv bütövlüyünü getdikcə daha az mənimsəyir.

Musiqi və sevgi bəşəriyyətin mütləq mənada uyğun olmayan vasitələrlə edilən cəhdlər adlandırılmayan yeganə nailiyyətləridir.

Öz varlığımla mən ümumi varlığın içində qorunub saxlanılan boş bir yerdən, konturdan başqa bir şey deyiləm. Lakin bununla birlikdə, bu boş yeri doldurmaq borcu da mənə verilib. Mənim həyatım budur.

İntellektual cəhətdən inkişaf etmiş insan bütün əsl fərdiliyə qarşı laqeyddir, çünki ondan məntiqi əməliyyatlarla tükəndirilməsi mümkün olmayan münasibətlər və reaksiyalar qaynaqlanır.


İstər birbaşa, istərsə də simvolik mənada, istər fiziki, istərsə də intellektual mənada biz hər an birləşənləri ayıran və ya ayrılmış olanları birləşdirən insanlarıq.

Minnətdarlıq bəşəriyyətin mənəvi yaddaşıdır. Bu baxımdan o, daha praktiki və impulsiv olması ilə sədaqətdən fərqlənir: o, tamamilə daxili bir şey olaraq qala bilsə də, yeni əməllər də doğura bilər. O, ruhun sanki dəfələrlə rastlaşdığı və digər insana yeni bir körpü salmaq üçün həddən artıq zəif olan bəhanələr qarşısında ona daha çox yaxınlaşmaq üçün istifadə etdiyi ideal bir körpüdür.

İnsanlar arasındakı hər bir münasibət hərənin zehində digərinin bir obrazının formalaşmasına səbəb olur və bu obraz açıq-aydın həmin şəxsi münasibətlə qarşılıqlı əlaqədədir.

İnsanın əslində yaxşı və hamı üçün ümumi olan təbiəti heç bir maneəyə rast gəlmədən inkişaf etməlidir.

Bəzən dəbdə olan çirkin və ikrahdoğurucu şeylərə əsaslanaraq belə demək olar ki, sanki dəb təkcə öz xatirinə bizə ən dəhşətli şeyləri qəbul etdirməklə öz gücünü nümayiş etdirmək istəyir.

Təmkin həyatın intim məzmunu sferasına münasibətdə ədalət hissindən başqa bir şey deyildir.

Hər bir üstün şəxsiyyət və hər bir üstün nailiyyət ortabab insan üçün müəyyən mənada sirli bir mahiyyətə malikdir.

Sonsuz uzunluqda bir yolun başlanğıcını və istiqamətini müəyyənləşdirməkdən başqa heç nəyə cəhd edilə bilməz. Hər hansı sistemli və qəti bütövlük iddiası, heç olmasa, özünü aldatmaq olardı. Burada mükəmməlliyə tələbə tərəfindən yalnız o subyektiv mənada nail oluna bilər ki, o, görə bildiyi hər şeyi başqaları ilə bölüşür.

# 567 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər