Milli Kitabxanada “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının təqdimatı keçirildi

Milli Kitabxanada “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının təqdimatı keçirildi
30 noyabr 2024
# 12:54

Milli Kitabxanada görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının və “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin təqdimatı keçirilib.

Kulis.ax xəbər verir ki, kitab Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından birgə nəşridir.

Tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov xalqımızın musiqi xəzinəsinə misilsiz incilər bəxş etmiş Süleyman Ələsgərovun ömür yolundan və zəngin yaradıcılığından danışıb. O, biblioqrafiya kitabının çap olunmasında əsas məqsədin görkəmli bəstəkarın əziz xatirəsini yaşatmaqdan ibarət olduğunu bildirib. Süleyman Ələsgərov kimi görkəmli sənətkarların heç vaxt unudulmayacağını, yaratdığı əsərləri ilə ölməzlik qazandığını vurğulayıb.

Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov Süleyman Ələsgərovun Azərbaycan mədəniyyətində müstəsna xidmətləri olduğunu qeyd edib. Yaradıcılığında dahi bəstəkar Üzeyir Hacıbəylidən bəhrələnən Süleyman Ələsgərovun “Bahadır və Sona” əsərinin Azərbaycanın qiymətli incilərindən biri olduğunu bildirib.

Qeyd edək ki, “Milli musiqi xəzinəmizdən” seriyası ilə çap olunan “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin isə layihə rəhbəri professor Kərim Tahirov, tərtibçisi Mətanət İbrahimova, redaktoru Sərdar Fərəcovdur.

# 1688 dəfə oxunub

Oxşar xəbərlər

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər