Məşhur yapon xoreoqraf Bakıda ustad dərsləri keçdi

Məşhur yapon xoreoqraf  Bakıda ustad dərsləri keçdi
18 iyun 2026
# 14:00

Məşhur yapon rəqqası və xoreoqraf, buto rəqsinin aparıcı nümayəndələrindən biri olan Katsura Kan Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi, rejissor Aynur Zərrintacın dəvəti ilə Bakıya səfər edib.

Bu barədə kulis.az-a Aynur Zərrintac məlumat verib: "İlk dəfə Azərbaycanda olan sənətçi paytaxtda mühazirələr oxuyub və ustad dərsləri keçib. Əfsanəvi buto ustası Tatsumi Hijikatanın birbaşa tələbəsi olan Katsura Kan qeyd edib ki, buto yarandığı ilk dövrlərdə cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, bu gün dünyanın müxtəlif ölkələrində maraqla öyrənilən və araşdırılan sənət istiqamətlərindən birinə çevrilib. Onun sözlərinə görə, butonun tam izah olunmayan və sirli təbiəti insanları bu sənətə cəlb edən əsas amillərdən biridir. Katsura Kan həmçinin buto fəlsəfəsində mühüm yer tutan “minor bədən” anlayışından danışaraq, bu yanaşmanın rəqsin ifadə imkanlarını genişləndirdiyini və Asiya mədəniyyətinin sənətdə daha geniş təmsil olunmasına xidmət etdiyini vurğulayıb.

Katsura Kanın Ritual Teatr və Yaradıcılıq Laboratoriyasında butoh dərslərindən əlavə, Noh Teatrına həsr olunmuş tədqiqat seminarı da keçirilib. Seminar çərçivəsində iştirakçılar Noh teatrının ənənəvi ifa prinsipləri, “Yuya” əsərinin rəqs səhnəsi, nəğmə və rəqs arasındakı əlaqə, həmçinin suriaşi addım texnikası ilə tanış olublar. "Yuya" XV əsrdə Zöami Motokiyo tərəfindən yazılmış, Yaponiyanın qədim ənənəvi "Noh" teatrının ən məşhur və lirik dramlarından biridir. Əsər "Heyke haqqında nağıl" (Heike Monogatari) dastanına əsaslanır".

Teatrın təsisçisi Aynur Zərrintac onu da qeyd edib ki, təlim zamanı iştirakçılar həm də KATA, MAI, JO-HA-KYU və ZANSHIN kimi Noh sənətinin əsas anlayışları öyrəniblər.

O bildirib ki, növbəti il üçün Katsura Kanla Azərbaycan mədəniyyətinin çalarlarını özündə əks etdirəcək və yerli sənətçilərin iştirakı ilə birgə Katsura Kanın rəhbərliyi ilə tamaşa hazırlanması nəzərdə tutulur.

# 775 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər