Məşhur DJ tərəfindən “Bayatı şiraz” treki hazırlanıb

Məşhur DJ tərəfindən “Bayatı şiraz” treki hazırlanıb
30 dekabr 2024
# 16:30

Dünyaca məşhur prodüser və DJ Burak Yeter “Bayatı şiraz” adlı yeni treki ilə musiqisevərlərin qəlblərini fəth etməyə hazırdır.

Kulis.az xəbər verir ki, "Sound of Land" layihəsi çərçivəsində Bakıda keçirilən "Yaradıcı həftə" ərzində yeni trekin yaradılması ideyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə reallaşıb.

Bir çox hitlərə imza atan Burak Yeterın sosail şəbəkə səhifəsində 6 milyondan çox izləyici auditoriyası var. Onun mahnıları audio platformalarda bir milyarddan çox baxış və ya səslənməyə sahibdir.

Elektron musiqi janrında yeni əsərin bütün platformalarda distribusiyası ilə “Yaradıcı Studio” məşğul olacaq. Prodüser Anar Reybandın fikrincə, “Yaradıcı Studio" ilə birgə ərsəyə gətirilən bu mahnı milli yaradıcı gəclərimiz üçün gözəl hədiyyədir, eyni zamanda dinamik musiqi həvəskarlarını daha da ruhlandıracaq.

Gənc xanəndə Kənan Bayramovun ifasında olan bu trek Spotify, Apple Music, Amazon Music, Deezer, Tidal, Pandora, Anghami, Claro-Musica, Melon, Kanjian, Bugs!, AWA, Naver Music, NetEase, QQ Music, Kugou, Kuwo, Napster, iHeartRadio, JioSaavn, Kuack, Flo, KKBOX, Zing, Joox, Boomplay, LINE MUSIC, Audiomack, YouSee Musik, Telmore Musik, Genie Music platformalarında yayımlanacaq.

“Yaradıcı Studio”da Dolby Atmos və Stereo formatında musiqi yazılışı, miksinqi və səsləndirilməsi, filmlərin, reklam çarxlarının dublyajı, musiqi treklərinin masterinqini etmək imkanları var.

Qeyd edək ki, “Yaradıcı Studio” Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində yaradılıb və əsas məqsədləri musiqi və kino sənayesində yerli istehsalçıların dünya standartlarında məhsullar yaratmasına və onların ixracını gücləndirilməsinə dəstək göstərməkdir.

# 2994 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər