Məşhur caz portalı “Baku Jazz Festival-2025”dən yazdı

Məşhur caz portalı “Baku Jazz Festival-2025”dən  yazdı
13 noyabr 2025
# 10:11

Dünya caz xəbərlərinin aparıcı mənbəyi olan allaboutjazz.com portalında nüfuzlu ingilis caz tənqidçisi Yen Pattersonun “XX Baku Jazz Festival” haqqında məqaləsi dərc edilib.

Kulis.az xəbər verir ki, “All About Jazz” 1995-ci ildə Maykl Riççi tərəfindən yaradılan və xəbərlər, albom icmalları, məqalələr, videolar, konsert siyahıları və digər cazla bağlı tədbirlərin yer aldığı veb-saytdır. Caz Jurnalistləri Assosiasiyası “All About Jazz”ı cazı işıqlandıran ən yaxşı veb-sayt kimi tanıyıb.

“Baku Jazz Festival-2025”də şəxsən iştirak edən və heç bir tədbiri qaçırmayan caz tənqidçisi Yen Patterson öz məqaləsində festivalın tarixi, yaradıcısı, caz musiqiçisi Rain Sultanov və yubiley tədbiri haqqında ətraflı bəhs edib.

“İstənilən caz festivalı üçün 20-ci ildönümünü qeyd etmək əhəmiyyətli bir nailiyyətdir. Azərbaycanda bu, xüsusilə əhəmiyyətlidir. “Baku Jazz Festival”ın yaranması və inkişafı onun yaradıcısı və bədii direktorunun baxışı, inamı və yorulmaz işi sayəsində mümkün olub. Rain Sultanov festivalı 2005-ci ildə Joe Zawinul Syndicate qrupunun çıxışı ilə başladıb. İyirmi il sonra o, hələ də klaviş ifaçısı Maylz Devisin ilk festivalda əsas iştirakçı olduğunu heyrətlə xatırlayır. Onun ardınca digər Devis tələbələri - Herbi Henkok (2006), Billi Kobem, Mayk Stern və Kenni Garrett davam etdilər. Festival səhnələrində El Cerro, Hiram Bullok, Diana Rivz, Riçard Bona, Çarls Lloyd, Mariy Joao və Branford Marsalis də çıxış ediblər. Son illərdə festival Qonsalo Rubalkaba, Teo Kroker, Gregori Mare və Edmar Kastanyedanı qəbul edib. Rain Sultanov bildirib: “Caz heç bir sərhəd tanımır və həyat haqqında təsəvvürümüzü genişləndirir”. “Baku Jazz Festival” cəsarətlə və mütərəqqi şəkildə inkişaf edib. Gənc istedadların inkişaf proqramları, sərgilər, filmlər, ustad dərsləri və mühazirələr yerli musiqiçilərin inkişafına töhfə verib və festivalı yeni şəhər məkanlarına çıxarıb. “BJF-2025”in səkkiz səhnəsi müasir memarlığın zəngin tarixi keçmişlə qonşuluq etdiyi Bakı şəhərinin çoxqatlı təbiətini vurğulayıb. Burada tarixin kölgəsi həmişə yaxındadır - axı bura Şərq və Qərbin əsrlər boyu yanaşı yaşadığı bir yerdir. Bu, keçmişin və bu günün görüşünün, mədəni qovuşmanın hekayəsi - cazın tarixçəsidir. BJF-2025 bunun bariz nümunəsinə çevrildi. Səkkiz gün ərzində 21 ölkədən musiqiçilər saysız-hesabsız rənglərdə cazı təqdim etdilər. Səhnələrdə akustik, elektrik və hibrid ansambllar bir-birini əvəzləyirdi. “The Great American Songbook” Afro-Karib və Braziliya ritmləri ilə yanaşı səslənirdi. Bibop, svinq və blüz caz-fyujn ilə yanaşı ifa olunurdu. İmprovizasiya edən musiqiçilər kamera orkestrləri ilə birləşirdilər, caz isə Qafqaz, Balkanlar və Aralıq dənizi xalq musiqisinə qarışırdı”, - deyə Y. Patterson qeyd edib.

Qeyd edək ki, "Baku Jazz Festival-2025” oktyabrın 24-dən 31-dək Bakıda keçirilib və həm yerli, həm də beynəlxalq medianın diqqətini cəlb edib. Səkkiz gün ərzində dünyanın ən yaxşı caz musiqiçiləri Azərbaycan paytaxtında çıxış ediblər. Festival məkanlarında konsertlər, sərgilər, cem sessiyaları, film nümayişləri, ustad dərsləri, seminarlar və tanınmış musiqi ekspertləri ilə görüşlər təşkil olunub.

# 802 dəfə oxunub

Oxşar xəbərlər

Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər