Məşhur aktrisa filmə görə övladının qəyyumluğunu itirdi

Şeron Stoun

Şeron Stoun

9 mart 2023
# 12:50

Məşhur aktrisa Şeron Stoun illər sonra onu məşhurlaşdıran "Əsas instinkt" filmi haqqında etiraf edib.

Kulis.az xarici mediya istinadən xəbər verir ki, aktrisa sözügedən filmə görə övladının qəyyumluğunu itirdiyini açıqlayıb.

“Həmin filmi çəkən şəxs kimi mənim necə valideyn olduğumu sorğulamaq istəyirdilər. Bu mənə sistem tərəfindən tətbiq olunan zorakılıq idi. Hakim uşağımdan, kiçik oğlumdan "Ananın seks filmləri çəkdiyini bilirsənmi?" deyə soruşdu və mən uşağımın qəyyumluğunu itirdim” – , deyə 64 yaşlı Şeron qeyd edib.

Şeron 1992-ci ildə çəkdiyi bu filmdə daha çox cəsur səhnələri ilə yadda qalıb.

Qeyd edək ki, cinsiyyət və cinsi zorakılıq təsvirləri, eləcə də eyni cinsli münasibətlərə münasibəti ilə mübahisələrə səbəb olan film nümayiş olunduğu ildə 350 milyon dollar gəlir əldə edərək bütün zamanların ən çox gəlir gətirən dördüncü filmi olub.

Şeron Stoun “Əsas instinkt” filmindəki qonorarını açıqlayıb » AzadSəs

# 2841 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər