“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı oldu

“Mənim tanıdığım Ələsgər”  kitabının təqdimatı oldu
9 dekabr 2025
# 16:30

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin fəaliyyətinin 5 illiyi münasibətilə genişmiqyaslı hesabat konserti və birliyin təşəbbüsü ilə işıq üzü görən “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən qurumun sədri Xətai Ələsgərli ötən illər ərzində Aşıq Ələsgər irsinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

O, bu müddət ərzində İctimai Birliyin təşəbbüsü ilə Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş onlarla kitabın işıq üzü gördüyünü və bu prosesin ardıcıl şəkildə davam etdiyini vurğulayıb.

Tədbirin aparıcısı, yazıçı Şərif Ağayar müəllifi olduğu “Mənim tanıdığım Ələsgər” kitabının yaranma səbəbləri, topladığı qeydlər və Aşıq Ələsgərin həyat və yaradıcılığı ilə bağlı şəxsi müşahidələrindən danışıb. Şərif Ağayar ustad sənətkarın şeirlərinə fərqli rakursdan yanaşmağa çalışdığını, onu daha çox böyük şair kimi xarakterizə etdiyini və bu səbəbdən klassik ədəbiyyat, xüsusilə Füzuli yaradıcılığı ilə maraqlı analogiyalar apardığını qeyd edib.

Tədbirdə Milli Məclisin deputatları Hikmət Babaoğlu və Aydın Hüseynov çıxışlarında İctimai Birliyin Qərbi Azərbaycana qayıdış ideyasına verdiyi mühüm töhfələri yüksək qiymətləndiriblər. Onlar Aşıq Ələsgərin həyat yolunun Qərbi azərbaycanlıların taleyini simvolizə etdiyini və bu irsin qorunmasının qayıdış prosesinin əsas halqalarından biri olduğunu vurğulayıblar.

Kitabın redaktoru və İctimai Birliyin İdarə Heyətinin üzvü Hacı Abbas Bağırov nəşrin ərsəyə gəlməsi prosesindən, əsərdə toplanmış dəyərli faktlardan və ustad aşığın yaradıcılığının işıqlandırılması baxımından kitabın əhəmiyyəti barədə məlumat verib.

Filologiya üzrə fəlsəfə doktoru, sufi ozan, “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının müəllifi Fəxrəddin Salim çıxışında vurğulayıb ki, ustadın söz dünyasına yaxınlaşdıqca yeni qatlar açılır, onun poeziyası həm fəlsəfi, həm sufi, həm də ehtiva etdiyi yüksək bədii forma baxımından hələ araşdırılmasını gözləyən geniş bir dünyadır.

Tədbirdə digər natiqlər də çıxış edərək İctimai Birliyin fəaliyyətini yüksək qiymətləndirib, həyata keçirilən layihələr və nəşr olunan kitablar barədə müsbət fikirlər səsləndiriblər. Onlar Aşıq Ələsgər yaradıcılığının zənginliyindən, bu irsin təbliğinin milli-mənəvi kimliyin qorunmasında mühüm rol oynadığından bəhs ediblər.

Tədbir bədii hissə ilə davam edib.

# 1268 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər