“Mən qadınam” müsabiqəsinin qalibləri bilindi

“Mən qadınam” müsabiqəsinin qalibləri bilindi
1 avqust 2022
# 13:36

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinin münsiflər heyəti öz işinə yekun vurub.

Müsabiqənin münsiflər heyətinin sədri Nadir Bədəlov və münsiflər heyətinin üzvləri Əli İsa Cabbarov, Vaqif Azəryar, Sevda Sultanova, Asif Rüstəmov müsabiqəyə qatılmış 100 ssenaridən 20 əsəri finala buraxıblar.

Müəlliflər arasında qadın müəlliflər aktiv iştirak edib. Belə ki, təqdim edilən ssenarilərin 60 faizi qadın müəllif olub. Müsabiqənin təşkilatçılarının məqsədləri arasında xanım müəlliflərin aktivliyinin artırılması da var idi.

“Mən qadınam” ssenari müsabiqəsinin qaliblərini elan edirik:

1-ci yer – “Dilbər”, ssenari müəllifi Orxan Məmmədli;

2-ci yer “Zənbil”, ssenari müəllifləri Mirmehdi Ağaoğlu, Mətləb Muxtarov;

3-cü yer “Neçəyədir?”, ssenari müəllifi Günel Şamilqızı;

Bununla yanaşı, münsiflərin qərarı ilə 3 ssenari də diplomlara layiq görülüb (ssenarilərin adlarının baş hərflərinin əlifba sırası ilə təqdim edirik)

“Çiyələyin dadı” (ssenari müəllifi Arzuman Mirzəsoy) – “Parlaq vizual obrazlar və atmosfer həllinə görə”;

“Qar əriyəndə” (ssenari müəllifi Lalə Əliyeva Klıçkova) -“Humanist və bəşəri ideyaların ifadəsinə görə”;

“Qonşular nə deyər” (ssenari müəllifi Leyla Nəsibli) – “Qəhrəmanın psixoloji portretini dəqiq çızdığına görə”;

Azərbaycan Kineamtoqrafçılar İttifaqının katibliyi müsabiqəyə qatılan bütün müəlliflərə minnətdarlığını bildirir. Katiblikdən bildiriblər ki, ssenari müsabiqəsini milli kinomuzun inkişafına təsir edə biləcək bir mexanizm sayırlar, hər il müxtəlif mövzulu və formatlı ssenari müsabiqələrinin keçirilməsini planlayırlar.

Xatırladaq ki, müsabiqənin 1-ci yer qalibi 2000 manat, 2-ci yer qalibi 1500 manat, 3-cü yer qalibi 1000 manat pul mükafatı da qazanıb. Qeyd edək ki, müsabiqənin keçirilməsinin əsas məqsədlərindən biri də müasir Azərbaycan qadının obrazını bütün dolğunluğu ilə tamaşaya çatdıran ssenarilərin çoxalması, qadın müəlliflərinin aktivliyinin artması, cəmiyyətimizdə gender münasibətlərində harmoniyaya çağırışı idi.

# 2767 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər