"Məmmməd İsmayıla dördotaqlı mənzil verilib" - AYB-nin açıqlaması

"Məmmməd İsmayıla dördotaqlı mənzil verilib" - AYB-nin açıqlaması
18 avqust 2023
# 15:54

Tanınmış şair Məmməd İsmayıl AYB-nin birillik təqaüdündən imtina edib.
Kulis.az Məmməd İsmayılın qərarıyla bağlı AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın açıqlamasını təqdim edir:

"Məsələ burasındadır ki, AYB-nin heç bir üzvlə problemi, qərəzi yoxdur, xüsusilə də, gözəl şairimiz Məmməd İsmayılla. Anar müəllimin təşəbbüsü ilə Məmmməd İsmayıla dördotaqlı mənzil verilib, bundan əlavə, Məmməd müəllim AYB-də katib işləyib. Üstəgəl, təqaüd hər il bəlli sayda verilir və bu dəfə də Anar müəllimin təşəbbüsü ilə Məmməd müəllim səhhətilə bağlı olaraq digər 50 nəfər kimi həmin siyahıya salınıb".

Xəyal Rza qeyd edib ki, bu, Məmməd müəllimin öz qərarıdır:

"Anar müəllimin onun haqqında yazısı da var, AYB onun yubleyini də keçirib. Deməyim odur ki, Yazıçılar Birliyinin heç bir üzvü ilə, xüsusilə də, Məmməd İsmayılla problemi yoxdur. Biz həmişə münasibətləri yaxşı tutmağa, imkanımız nəyə çatırsa, üzvlərimizə kömək etməyə çalışmışıq. Hazırda imkanımız təqaüdə çatırdı. Bu, bildiyimiz kimi birillik təqaüddür, daimi deyil. Əgər başqa statuslu təqaüd arzulayırsa, bu bizim imkanlarımız daxilində deyil.
Biz verməyəndə də pis oluruq, verəndə də. Müraciətlər çox olur, Yazıçılar Birliyinin katibliyi müraciətlərin hamısını müsbət qarşılaya bilmir, ona görə də bu məsələyə bəlli növbəçilik prinsipilə yanaşırlar .
Məmməd müəllimə Allah şəfa versin! Düşünürəm ki, tezlikilə sağalacaq, yazıb-yaradacaq və biz onun 85 illik yubleyini də yüksək səviyyədə qeyd edəcəyik".

# 2873 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər