Mem qəhrəmanı Jdun haqqında film çəkiləcək

Mem qəhrəmanı Jdun haqqında  film çəkiləcək
29 aprel 2023
# 16:50

Rusiyada mem qəhrəmanı Jdun haqqında tammetrajlı komediya filmi çəkiləcək.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, ssenariyə görə, baş qəhrəman Jdun Yerə enmiş yadplanetli olacaq və hadisələr Abrau-Dyurso kəndində cərəyan edəcək.

“Jdun bizim sevimli qəhrəmanımızdır. Sorğu keçiridik və məlum oldu ki, Jdun tanınır və o, respondentlərin böyük əksəriyyətinin üzündə təbəssüm və müsbət emosiyalar yaradır. Jdun filmimizdə canlandırılacaq, filmin qalan personajları isə aktyorlar olacaq. Biz artıq bu personajdan film çəkmək hüququnu əldə etmişik”, - deyə kinoprodüser Maksim Roqalski bildirib.

Komediya filminin baş rejissoru “Yaramaz” və “Öz” filmlərində işləyən Dmitri Suvorov olacaq. Çəkilişlər 2023-cü ilin sentyabrında başlayacaq və film gələn yaz və ya yay kinoteatrlarda nümayiş etdiriləcək.

Qeyd edək ki, Jdun Leiden Universitetinin Tibb Mərkəzi üçün Hollandiyalı rəssam Margriet van Breevoort tərəfindən hazırlanıb və 2016-cı ilin yazında quraşdırılıb.

Heykəl özündə ayaqsız, boz rəngli, nəhəng bədəni olan və gözləmə otağında stulda oturan insan qolları olan bir şimal fil suitisini əks etdirir.

Homunculus loxodontus — Vikipediya

# 5822 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər