Mədəniyyətimizə qarşı işğalçılıq siyasətinin beynəlxalq konfrans platformasında müzakirəsi gözlənilir

Mədəniyyətimizə qarşı işğalçılıq siyasətinin beynəlxalq konfrans platformasında müzakirəsi gözlənilir
28 oktyabr 2020
# 13:51

Mədəni Əlaqələrin İnkişafına Dəstək (MƏİDİB) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin maliyə dəstəyilə “Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasətinə dair” beynəlxalq konfrans-konsert layihəsinin icrasına başlayır.

Kulis.az xəbər verir ki, İctimai Birliyin sədri, layihə rəhbəri İlahə İsrafilovanın verdiyi məlumata görə, layihənin hazırlıq işləri ilə bağlı işçi heyətinin bir sıra iclas və müzakirələri artıq baş tutub.

"İllərdir, Azərbaycanın ən səfalı guşələrinə göz dikmiş mənfur düşmənlərimiz zaman-zaman xalqımızın zəngin mədəniyyət sahəsi olan musiqimizə də göz dikmişlər. Mahnılarımızın erməni xalq musiqisi adı altında təqdim olunması Azərbaycan ictimaiyyətini, xüsusilə mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai xadimlərimizi ciddi şəkildə narahat edir. Məhz sözügedən layihənin əsas məqsədi də Ermənistanın Azərbaycan musiqi mədəniyyətinə qarşı olan təcavüzünə səs qaldırmaq, bu mövzunu bir daha peşəkarların dilindən ictimailəşdirərək beynəlxalq aləmin diqqətini bu önəmli mövzuya yönəltməkdir”-deyə adıçəkilən İctimai Birliyin məlumatında bildirilir.

Qeyd olunur ki, toplantıda mövzu haqqında ətraflı müzkirələrlə paralel ermənilər tərəfindən oğurlanmış musiqi parçaları da ifa olunacaq.

Layihənin ərsəyə gəlməsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyasının alim heyəti, elm və musiqi xadimləri, tanınmış musiqişünaslar yaxından iştirak edir.

Tədbirin 6 noyabr 2020-ci il tarixində, ZOOM proqramı vasitəsi ilə keçirilməsi planlaşdırılır. Xaricdən dəvət edilmiş qonaqların layihədə iştirakını nəzərə alaraq görüş Bakı vaxtı ilə saat 21:00 təyin edilib.

# 1014 dəfə oxunub

Oxşar xəbərlər

Sərdar Ortac  xəstəxanaya yerləşdirildi? - İddia

Sərdar Ortac xəstəxanaya yerləşdirildi? - İddia

13:50 7 avqust 2026
Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər