Mədəniyyət və İncəsənət Universitetində TÜRKSOY kafedrası açıldı

Mədəniyyət və İncəsənət Universitetində TÜRKSOY kafedrası açıldı
17 oktyabr 2023
# 10:40

Oktyabrın 16-da TÜRKSOY-un Baş Katibi Sultan Rayev və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olub.

Kulis.az xəbər verir ki, qonaqların qarşılanma mərasimində ADMİU-nun “Xəzər” tələbə xor kollektivinin ifasında (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) Azərbaycan Xalq mahnısı “Laçın” və Qırğız xalq mahnısı “Komuzçu”, eləcə də ADMİU Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə (bədii rəhbər və dirijor: Mustafa Aşurov) Əvəzxan Əzizovun ifasında “Çırpınırdı Qara dəniz” və orkestrin ifasında “Cəngi” musiqisi dinlənilib.

Daha sonra qonaqlar universitetin binası ilə tanış olublar. ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqlara universitetin fəaliyyəti, tədris proqramı və beynəlxalq əlaqələri barədə məlumat verib.

Görüş çərçivəsində ADMİU-nun 100, TÜRKSOY-un 30 illiyi münasibəti ilə universitetdə TÜRKSOY kafedrasının açılış mərasimi keçirilib və iki qurum arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Tədbirdə çıxış edən rektor C.Mahmudova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin və qardaş Türkiyə Cümhuriyyətinin 100, Azərbaycanın peşəkar teatrının 150 illik yubileyləri ilə əlamətdar olan 2023-cü ildə Azərbaycanın əsas yaradıcı ali təhsil ocaqlarından biri Mədəniyyət və İncəsənət Universitetinin 100, nüfuzlu beynəlxalq təşkilat olan TÜRKSOY-un 30 illik yubileylərinin də təsadüf etməsi çox qürurverici hadisədir. TÜRKSOY-un Türk dünyasının nüfuzlu kültür təşkilatı kimi keçirdiyi önəmli tədbirlərdən, layihələrdən bəhs edən professor bu tədbirlərdə ADMİU-nun və onun əməkdaşlarının da iştirakından böyük məmnunluq duyduqlarını vurğulayıb. Həmçinin, onu TÜRKSOY-un 30 illik yubiley medalına layiq gördükləri üçün bir daha təşəkkürünü bildirib.

TÜRKSOY-un Baş Katibi Sultan Rayev göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib, bu günlərdə Azərbaycan bayrağının Xankəndində ucaldılması ilə Qarabağın tam azadlığı münasibəti ilə hər kəsi təbrik edib. Şuşaya səfərlərindən bəhs edən Rayev 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”nın Şuşa şəhərinin seçilməsinin, eləcə də TÜRKSOY-un 40-cı konfransının məhz burada keçirilməsinin də təsadüf olmadığını bildirib. Çünki bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir.

Sonra TÜRKSOY-un 30 illik yubiley medalı ADMİU-nun kafedra müdiri, Əməkdar İncəsənət Xadimi, professor İsrafil İsrafilova təqdim olunub. İ.İsrafilov ona göstərilən etimada görə təşəkkürünü bildirib və TÜRKSOY-un 30 illik geniş fəaliyyətindən danışaraq, bu uğurlu layihələrin davamlı olacağına inandığını vurğulayıb.

Tədbirdə çıxış edən Xalq artisti, professor Vaqif Mustafayev ADMİU-nun 100, TÜRKSOY-un 30 illik yubileylərinin məhz 2023-cü ilə-böyük yubileylər ilinə təsadüf etməsinin önəmindən danışıb və bu yubileylər çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirilib. Sonda hər iki tərəf arasında xatirə hədiyyələri təqdim olunub.

# 2228 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər