Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirildi

Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirildi
1 iyun 2023
# 18:33

Mayın 31-də nazir müavini Səadət Yusifovanın sədrliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.

Kulis.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 13 yanvar 2023-cü il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı 14 namizədin apellyasiya şikayətlərinə baxılıb. 14 namizəddən 3-ü Şuranın iclasında iştirak etməyib, 3 nəfərin müsahibə nəticəsi dəyişdirilərək vəzifəyə uyğun hesab edilib, 8 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.

İclas zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunub. Səxavət Ağayev, Babək Cəfərov və Nisə İmanova Şuranın iclasında iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunub. Sonda Apellyasiya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilib.

Nizami Muradov, Aydan Süleymanlı, Elşən Xəlilov, Ələfsər Ələfsərli, Leyla Məmmədova, İbrahim Heydərov, Alpay Şərifli, Nadir Həsənov, Səxavət Ağayev, Babək Cəfərov və Nisə İmanovanın şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.

Aişə Əliyeva, Çimnaz Həsrətova və Zəhra Kazımovanın şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsi dəyişdirilərək iddia etdikləri vəzifəyə uyğun hesab edilib.

# 1744 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər